Yuxarı

"Bu amalla prezident vəzifəsinə gəlmişəm"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

n 1997-ci ildə bu amalla Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu günə qədər bu siyasət davam etdirilir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev idman tədbiri ilə bağlı keçirilən mərasimdə bildirib.

İdmançılara dövlət tərəfindən qayğının yüksək səviyyədə olduğunu deyən İlham Əliyev hər il görkəmli idmançılarımızın məişət problemlərinin həll edildiyini vurğulayıb:

"On ildən çoxdur ki, hər il iyirmidən çox idmançıya, idman mütəxəssisinə dövlət tərəfindən mənzillər verilir. Bu da dövlətin siyasətinin təzahürüdür. Çünki ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edən, bizim dövlət bayrağımızı ucaldan idmançılar dövlət tərəfindən daim qayğı, diqqətlə əhatə olunmalıdırlar. Şadam ki, aparılan bu siyasət indi belə vəziyyətə gətirib çıxarıb ki, bizim görkəmli idmançılarımızın hamısı gözəl mənzillərlə təmin olunublar. Bu proses bundan sonra da davam edəcək. Çünki əgər dövlət idmanı inkişaf etdirmək istəyirsə, mütləq idmançılar üçün gözəl şərait yaratmalıdır. Mən 1997-ci ildə bu amalla Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu günə qədər bu siyasət davam etdirilir. Nəticələr də göz qabağındadır. Bu gün dünya miqyasında Azərbaycan idman dövləti kimi tanınır. Beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, onların rəhbərləri Azərbaycanda idmanda əldə olunmuş uğurları qeyd edirlər. Bu, bizim işimizə verilən böyük qiymətdir.

Eyni zamanda, bizim üçün əsas qiymət xalq tərəfindən verilən qiymətdir. Azərbaycan xalqı öz idmançılarını sevir, onların uğurlarına sevinir. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi keçirir ki, biz idmanda böyük nailiyyətlərə imza ata bilmişik. İdmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə kompleks tədbirlər görülür. Həm təlim-məşq prosesi yüksək səviyyədə təşkil edilir, həm də federasiyalar, klublar, idman cəmiyyətləri uğurla fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi vahid siyasət aparırlar. Ona görə Azərbaycanda idman siyasəti ilə bağlı birmənalı mövqe nümayiş etdirilir.

İdman bazaları yaradılır. Şadam ki, indi klublar da, federasiyalar da idman bazalarını yaradırlar. Eyni zamanda, bölgələrdə 41 Olimpiya Mərkəzi yaradılmışdır. On mərkəzin tikintisi davam edir. Həmin layihələr başa çatandan sonra artıq Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün çox gözəl şərait olacaq. Əslində, bu şərait artıq mövcuddur. O ki qaldı Bakı şəhərinə, burada ən mötəbər beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var. Avropa Oyunları bunu bir daha təsdiqlədi. Bakıda yaradılmış və təmir edilmiş müasir idman infrastrukturu dünya səviyyəsindədir. Deyə bilərəm ki, biz dünyanın inkişaf etmiş ölkələrindən geri qalmırıq. Bizim idman qurğularımızın həm funksionallığı yüksəkdir, eyni zamanda, onlar memarlıq abidəsidir. Biz bunu bilərəkdən belə yaratmışıq ki, idman qurğuları gözəl şəhərimizə əlavə yaraşıq versin. Müasir idman bazaları, idman infrastrukturu, düzgün siyasət, idmançılara qayğı və dövlət tərəfindən qəbul edilən qərarlar bu vəziyyəti yaradıb ki, bu gün Azərbaycan dünya miqyasında ən birinci sıralardadır.

Bu il Avropanın idman həyatında tarixi bir ildir. Çünki ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Burada da Azərbaycan dövləti öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də heç kim, o cümlədən xarici tərəfdaşlarımız inanmırdılar ki, biz bu Oyunları bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da, həmrəylik göstərmişdir. Bu, ümummilli bir məsələyə çevrilmişdi. Çünki dünyada ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçün çox böyük məsuliyyət idi.

Biz son illər ərzində ölkəmizi dünya miqyasında kifayət qədər geniş şəkildə təqdim edə bilmişik. Müxtəlif tədbirlər, təqdimatlar, sərgilər, konsertlər keçirilmiş, Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi, bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim olunmuşdur. Ancaq bu Oyunlar bizə imkan verdi ki, gələn qonaqlar ölkəmizlə tanış olsunlar. Altı min idmançı, minlərlə məşqçi, qonaq, idman mütəxəssisi təxminən üç həftə Bakıda qalaraq şəhərimizin gözəlliyini görmüş, insanlarımızın qonaqpərvərliyini hiss etmiş və Azərbaycanın sürətli inkişafının şahidi olmuşlar. Ümumi rəy belə idi ki, Oyunları bundan yüksək səviyyədə keçirmək mümkün deyil. Hətta bəzi idmançılar öz yarışlarını başa vurduqdan sonra ölkəmizdən getmək istəmirdilər. Olimpiya Kəndində qalmaq istəyirdilər. Çünki yaradılmış bu gözəl ab-hava onlara da çox xoş idi. Burada həm təşkilatçılıq, həm obyektlərin müasirliyi, yüksək səviyyəsi, eyni zamanda, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi bir mühit yaratmışdı. Bu, unudulmaz günlər idi və Azərbaycan dünyaya nəyə qadir olduğunu göstərdi. Göstərdi ki, cəmi 24 illik müstəqillik dövründə biz böyük zirvələrə çata bilmişik.

Əlbəttə ki, idmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. Əlli Olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yeri tutmuşlar. Əgər nəzərə alsaq ki, birinci yeri Rusiya komandası tutub, bu, təbii idi, başqa cür ola da bilməzdi. Ona görə hesab edirəm ki, biz ən yüksək zirvəyə qalxa bilmişik. Əlli altı medal qazanılıb, onlardan 21-i qızıl medaldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi. İdmançıları - bütün bu qələbələrdə, bu medalların qazanılmasında iştirak etmiş insanları bir daha salamlayıram, onlara öz təşəkkürümü bildirmək istəyirəm.

Avropa Oyunları tarixdə qaldı. Növbəti Oyunlar harada keçiriləcək. Bu barədə hələ ki, qərar qəbul edilməyib. Amma məndə olan məlumata görə, bəzi ölkələr Bakıda keçirilmiş Oyunlardan sonra bir az tərəddüd edirlər. Hətta həmkarlarım mənə deyirlər, biz qorxuruq ki, bu Oyunları Bakıdakı səviyyədə təşkil edə bilmərik. Ona görə biz bir az ehtiyatlanırıq. Yəni, biz belə bir səviyyəni yaratdıq ki, bu səviyyəyə çatmaq doğrudan da çox çətindir. Bu Oyunlar, sözün əsl mənasında, Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdir".

Tarix
2015.12.24 / 09:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla