Yuxarı

“Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi”nin açılışı – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində "Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi"nin rəsmi açılışı mərasimi keçirildi.

Publika.az xəbər verir ki, "İdman! Gözəllik! Həyat!" adlı sərgi tarixdə ilk dəfə keçirilən və Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr edildi.

Sərgidə dünyanın 19 ölkəsindən (Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Türkiyə, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Ukrayna, Yaponiya və Yunanıstan) 112 rəssamın iştirakı ilə 137 əsər nümayiş olunur.

Sərginin açılış mərasimində ilk olaraq "Azərbaycan dövlətçiliyi və mədəniyyəti" adlı sənədli film nümayiş olundu. Filmdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə verdiyi dəyər, rəssamlıq və heykəltəraşlıq sənətinin inkişafı ilə bağlı gördüyü işlər, eyni zamanda Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın milli-mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin, incəsənətimizin və musiqimizin dünyaya tanıdılması sahəsində xidmətləri öz əksini tapıb. Filmdə həmçinin SEBA Assosiasiyasnın 10 illik fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlərdən bəhs edilib.

Rəsmi açılış mərasimi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiaasiyasının sədri Ruhəngiz Heydərovanın çıxışı ilə açıq elan olundu. Ruhəngiz xanım, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıldılmasında xüsusi xidmətlərindən danışdı. Sərginin keçirilməsinin məqsədinin Azərbaycan və dünya mədəniyyət xadimləri arasında əməkdaşlığın artırılması olduğunu deyən Ruhəngiz Herdərova, sərginin keçirilməsində ideya və təşkilati dəstəyinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etdi. Azərbaycanın SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiaasiyasının sədri qeyd etdi ki, Azərbaycan keçirilən ən yüksək tədbirlərdə Mehriban Əliyevanın xüsusi imzası var.

Heydər ƏIiyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxudu. O, Azərbaycanın bu cür tədbirlər üçün artıq bir məkan olduğunu və ölkənin beynəlxalq tədbirləri uğurla keçirdiyini dedi.

"Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondu tərəfindən həyata keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil edilir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinə Mehriban xanımın ənənəvi dəstəyi var" – o, dedi.

Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov Qəbələnin yalnız Azərbaycan deyil, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Nazir qeyd etdi ki, Qəbələnin gözəl təbiəti beynəlxalq tədbirlərin keçirilməsinə əlavə zövq verir.

Sərginin I Avropa Oyunlarına həsr edildiyini xatırladan Azad Rəhimov, bu idman yarışının Azərbaycanı bütün dünyada tanıtdığını dilə gətirdi. O, sərginin idmanın təbliğatı və gənclərin idmana cəlb edilməsi üçün böyük əhəmiyyət daşıdığını bildirdi.

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərgini Qəbələ şəhərinin həyatında növbəti əlamətdar hadisə adlandırdı. O, rəssamlara gələcək fəaliyyətində uğurlar arzuladı.

Azərbaycan, Rusiya və SSRİ-nin xalq rəssamı Tahir Salahov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Çanq Gyu və Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov da çıxışlarında sərginin təşkilində əməyi olan hər kəsə, xüsusilə Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiaasiyasının sədri Ruhəngiz Heydərovaya minnətdarlıq etdilər.

Kim Çanq Gyu Səfir mədəniyyətin xalqlar arasında ortaq anlaşma üçün böyük əhəmiyyət daşıdığını və sözügedən sərginin ortaq anlaşma üçün böyük töhfə verəcəyini dilə gətirdi.

Mərasim zamanı hər bir sərgi iştirakçısına sertifikat verildi. Sərginin təşkilatçıları və "Gazelli Evi"nin əməkdaşları tərəfindən bütün qonaqlara hədiyyələr, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən nəşr olunmuş "Discover Azerbaijan" ("Azərbaycanı kəşf et") adlı kitablar təqdim olundu.

Qeyd edək ki, Qəbələ Beynəlxalq İncəsənət Sərgisi 2010-cu ildən etibarən ənənəvi olaraq keçirilir. İlk sərfi 2010-cu il dekabr ayında, ikinci sərgi 2011-ci ilin dekabrında, üçüncü sərgi 2013-cü ilin mayında keçirildi.

"Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi" 2016-cı il 17 yanvar tarixinə kimi davam edəcək.

Tarix
2015.12.19 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO nümayəndəsi erməni diplomatla nələri müzakirə etdi?

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla