Yuxarı

Nazir vətəndaşları qəbul etdi - Şirvanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir vətəndaşları qəbul etdi - Şirvanda

Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında baş tutan qəbulda umumilikdə 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminatla bağlı olub. Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti daxil olub.

İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər arasında olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Tarix
2015.12.15 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla