Yuxarı

Neftçilər Xəstəxanasından son məlumat - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:14

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının yəcili yardım şöbəsinin müdiri Raud Əsədov deyib.

Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 32 xəstə yerləşdirilib. Onların 25-nə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 7 nəfər isə hazırda stasionar şəraitdə müalicə olunur. Onlardan 1-i qadın, 6-sı kişidir. R.Əsədov deyib ki, xəstələrin heç birinin vəziyyəti ağır deyil.

Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli" yatağındakı 10-cu özüldə güclü yanğın baş verib.

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

00:30

"Günəşli" yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər.

Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. Bir nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Tarix
2015.12.06 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla