Yuxarı

Azərbaycan çempionları məlum oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan çempionları məlum oldu - Foto

Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq noyabrın 21-də Göyçay Olimpiya İdman Kompleksində gənclər, yeniyetmə və uşaqlar arasında çoxmübarizəli döyüş idman növləri üzrə keçirilən VII ölkə çempionatı başa çatıb.

Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, Əməkdar Məşqçi Vüqar Muradov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışıb.

Vüqar Muradov qeyd edib ki, son 5 ildə çoxmübarizəli döyüş idman növü üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hazırda ölkəmizin 30 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur.

"AzNar" QSC-nin maliyyə dəstəyi ilə keçirilən ölkə çempionatında 28 şəhər və rayondan 300-ə yaxın idmançı mükafat uğrunda mübarizə aparıb. Yarış 18 hakim tərəfindən idarə olunub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk 3 yeri tutan idmançılara medal, diplom və kubok verilib.

Qeyd edək ki, baş məşqçi Xaləddin Şirinov bu yarışda ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaq. İdmançılarımız gələn ilin aprelində İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Tarix
2015.11.21 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvanla gediş-gəlişi təmin edəcək "Tramp yolu"...

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəldi

Əliyevin 6 il öncə dedikləri gerçəkləşir...

Sülhün imzalanması üçün İrəvanın bu addımı zəruridir

Qəbələdə TDT-nin XİN başçıları Şurasının iclası başladı

ABŞ bu sistemləri Kiyevə versə, nüvə ssenarisi işə düşəcək

Qəbələdə bu format təsis ediləcək - TDT baş katibi

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü

Orbandan Əliyevlə bağlı paylaşım: Dostu görmək...

Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla