Yuxarı

Silsilə oğurluq edən dəstə yaxalandı – Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silsilə oğurluq edən dəstə yaxalandı – Bakıda

Bakıda Xatirə Əsgərovanın idarə etdiyi "Beta" şirkətinə məxsus "Hyunday" markalı avtomobilin yük yerindən çay məmulatı oğurlanıb.

Axar.az Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Əli Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Hüseynov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 5 nəfərə məxsus avtomobildən və 3 mağazadan oğurluq etdikləri müəyyən edilib.

Həmçinin, Lətif Seyidəliyevə məxsus "Topaz" mərc oyunları məntəqəsindən, Aleksandr Mehdiyevə məxsus qarajdan və Mahir İsgəndərova məxsus evdən pul, məişət əşyaları, təmir-tikinti alətləri və ərzaq məhsulları, habelə Elnur Süleymanova məxsus velosipedi oğurladıqları da aşkar edilib.

Cinayət işi davam etdirilir.

Tarix
2015.11.11 / 19:00
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla