Yuxarı

Çubays: ”Putin rejimi SSRİ-nin ən pis formasıdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putin rejimi SSRİ-nin ən pis formasıdır və Kremlin Ukrayna üzərində qələbə qazanacağı ağıla belə gətirilməsin".

Axar.az Censor.net.ua-ya istinadən xəbər verir ki, bu sözləri rus tarixçisi və sosioloqu İqor Çubays deyib. Onun sözlərinə görə, Krımın anneksiyasından eyforiyaya qapanan Rusiya göz önündə çökür:

"Kremlin Ukrayna üzərində qələbə qazanacağından söhbət belə gedə bilməz. Krım eyforiyası isə yaxın vaxtlarda sönəcək və müvəqqəti qələbə tarixin arxivinə atılacaq. Hər bir addıma görə hesab verilməlidir və peşəkar siyasətçi ən azı 10 il əvvəli görməlidir. Almaniya göz önündədir. Almanlar Birinci Dünya Müharibəsinin reparasiyasını (təzminat) yalnız 2010-ci ildə başa vura bildilər. Fikrimcə, yalnız Rusiyanın korrupsiyalaşmış hazırkı iqtidarından canımızı qurtardıqdan sonra azad Ukrayna ilə əlqələrdən danışa bilərik".

Çubays deyib ki, Putinin hazırkı Rusiyaya heç bir aidiyyəti yoxdur. Onun rejimi yoxsulluq və bataqlıq içərisində boğulan SSRİ-nin başqa bir formasıdır.

Üçüncü Reyxin əvəzolunmaz rəhbəri Adolf Hitlerlə Putini müqayisə edən tarixiçi bilidirib ki, nasist rejimində almanlar yağ-bal içində yaşayıb yəhudiləri hər cür təzyiqə məruz qoyduğu halda, indiki Rusiyada rusların özünün durumu tam fərqli bir hala gəlib:

"Vətəndaşları ac və səfalət içində yaşayan Rusiya yavaş-yavaş çökməkədir".

Tarix
2014.09.22 / 23:21
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla