Yuxarı

Yadigar Məmmədli ağır qəzaya uğradı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ağır avtomobil qəzası keçirib.

Aznews.az-ın verdiyi xəbərə görə, Y.Məmmədli iki gün əvvəl, gecə saatlarında paytaxtın Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində qəzaya düşüb.

Polis təhqiqatçısı, Nəsimi Rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinin əməkdaşı Samir Ələkbərli sayta açıqlamasında avtomobil qəzası ilə bağlı avtoekspertizanın təyin olunduğunu deyib. Onun sözlərinə görə, hadisəni törədənin şəxsiyyəti də bəllidir: "Amma təhqiqat araşdırması getdiyindən kimin günahkar olmağını deyə bilmərəm. Təhqiqat bitəndən sonra mətbuata açıqlama vermək olar. Lakin indi bu barədə nəsə demək düz deyil".

Y.Məmmədli faktı lent.az-a təsdiqləyib. Bildirilir ki, yüksək sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobil qırmızı işıqda keçərək, jurnalistin idarə etdiyi "BMW" markalı avtomobilə çırpılıb. Zərbədən "BMW" aşıb. Avtomobili yararsız hala düşsə də, Y.Məmmədli yüngül xəsarət alıb. Sonradan məlum olub ki, "VAZ 2107"-in sürücüsü bu qəzadan əvvəl, başqa qəza törədib və hadisə yerindən qaçırmış. Hadisədən sonra Yadigar Məmmədli təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, Y.Məmmədli qızının toyundan bir gün əvvəl qəzaya düşüb. Dünən baş tutan toyda Y.Məmmədli keçirdiyi qəzanı hamıdan gizlədib və xəsarətləri ola-ola məclisdə iştirak edib. O, açıqlamasında müalicə aldığını və həyatı üçün hər hansı təhlükənin olmadığını deyib.

Tarix
2014.09.22 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla