Yuxarı

Kerri Zəriflə görüşdü: Yeni koalisiyada İran da var?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Katibi Con Kerri Nyu Yorkda İranın Xarici İşlər naziri Cavad Zərif ilə görüşüb.

Axar.az xəbər verir ki, Kerri iranlı nazirlə P5 +1 ölkələri ilə danışıqlarda yaranmış son vəziyyəti müzakirə edib.

BMT Baş Assambleyası çərçivəsində ABŞ-a səfər edən Zərif danışıqlar çərçivəsində sanksiyaların dayandırılmasının vacibliyini vurğulayıb.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, hər iki dövlət rəsmisi bir saatdan çox davam edən görüşdə gələn həftə ikinci görüşün keçirilməsi barədə razılığa gəlib.

Görüşdə İŞİD-ə qarşı mübarizədə İranın yer alıb-almayacağı ilə bağlı müzakirələr barədə məlumat verilmir.

Xatırladaq ki, bir müddət öncə Kerri BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışda İŞİD-lə mübarizədə hər bir dövlət kimi İranın da üzərinə məsuliyət düşdüyünü bildirmişdi.

Ekspertlər bugünkü və bir həftə sonra keçirilən görüşdə İranın İŞİD-ə qarşı koalisiyaya qoşulub-qoşulmayacağının əsas müzakirə mövzusu olacağını bildirir.

Tarix
2014.09.22 / 17:37
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla