Yuxarı

Anti-korrupsiya Komissiyasından yenilik - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində yaradılmış Rusum.az portalı yeni versiyada istifadəyə verilib.

Bu barədə Axar.az-a Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyadan məlumat veriblər.

Məlumata görə, Rusum.az portalının yeni versiyası vətəndaşların ən çox müraciət etdiyi dövlət xidmətləri üzrə məlumatların daha asan, çevik və operativ şəkildə əldə edilməsi üçün hazırlanıb.

Yeni Rusum.az portalında vətəndaşlar aşağıdakı məlumat və xidmətlərə çıxış əldə edə bilərlər:

1. Seçilmiş rüsumlar – vətəndaşların ən çox istifadə etdiyi rüsumlar

2. Rüsumlar – dövlət orqanları tərəfindən tətbiq edilən bütün rüsumlar

3. "ASAN Xidmət" onlayn növbə - ASAN Xidmət mərkəzlərində növbənin vəziyyəti

4. "ASAN Xidmət" növbə tutulması - ASAN Xidmət mərkəzlərində onlayn növbə tutulması

5. Kalkulyatorlar - vergilər, pensiya, avtomobillərin texniki baxışı, icbari sığorta və gömrük rəsmiləşdirməsi kalkulyatorları

6. Dövlət qurumlarına müraciət –dövlət qurmlarının əlaqə vasitələri və onlayn müraciət imkanı

7. Lisenziya - sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların alınması prosedurları

8. Vizalar – xarici səfərlər üçün vizaların alınması qaydaları

9. Onlayn ödəmə - elektron formada dövlət orqanları və digər qurumlara olan ödənişlərin həyata keçirilməsi

10. Faydalı məlumatlar – dövlət orqanları tərəfindən göstərilən xidmətlər barədə faydalı məlumatlar

11. İctimai Forum - dövlət qurumları tərəfindən göstərilən xidmətlər və ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi

Qeyd edək ki, Rusum.az portalı 2010-ci ildən fəaliyyət göstərir, portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verməkdir. Rusum.az portalı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtsaslaşmış "ProDemos" və "Antikorrupsiya Araşdırmalar Mərkəzi" qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində hazırlanıb.

Tarix
2014.09.22 / 15:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla