Yuxarı

Respublika çempionları bəlli oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb.

Bu barədə Axar.az-a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

"ClimBaku" İdman Dırmanması Mərkəzində keçirilən yarış 20 sentyabr tarixində kişi və qadın atletlərin boulderinq üzrə təsnifat yarışları, 21 sentyabr tarixində isə boulderinq üzrə final, sürət üzrə təsnifat, yarımfinal və final mərhələləri ilə davam edib.

140-a yaxın idmançının iştirak etdiyi Açıq Respublika Çempionatının final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə nail olmaq üçün qızğın mübarizə aparıb. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub.

I, II və III yerləri tutan qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə kubok, medal, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

İdman Dırmanması üzrə Açıq Respublika Çempionatının nəticələri:

Kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1. Babək İbadov ("Ekosport" İdman Klubu)

2. Möhsün Şirəliyev ("Dagçılıq" İdman Klubu)

3. Fərid Şahbazov ("Dagçılıq" İdman Klubu)

Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1. Aysel Sultanova ("Gömrükçü" İdman klubu)

2. Reyhan Məmmədova ("Ekosport" İdman Klubu)

3. Sima Səfərova ("Qərb Universteti" İdman klubu)

Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:

1. Vahid Bayramlı ("Qərb Universteti" İdman Klubu)

2. Ramel Rəhimxanov ("Salavat" İdman Klubu)

3. Fərid Şahbazov ("Dagçılıq" İdman Klubu)

Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:

1. Könül Hüseynova ("Kyanit" İdman Klubu)

2. Sima Səfərova ("Qərb Universteti" İdman Klubu)

3. Yelena Safranova ("Dagçılıq" İdman Klubu)

Tarix
2014.09.22 / 14:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla