Yuxarı

Kirayə ev bazarı yanır - Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərs ilinin başlanması ilə paytaxtda daşınmaz əmlak bazarında da canlanma yaranıb.

Axar.az xəbər verir ki, hər il olduğu kimi, bu tədris ili ərəfəsində də şəhərdə kirayə evlərin qiyməti artıb. Qiymət artımına əsas səbəb kimi bölgələrdən gələn tələbələrin paytaxtda ev kirayələməsi göstərilir.

Qiymət artımı ilə bağlı "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən "Makler bağında" olduq. Bu işlə məşğul olan dəllalların əməkdaşımıza verdiyi məlumata görə, şəhərin mərkəzi hissələrdə və ya metrostansiyalar yaxınlığındakı evlər müştərilərə daha baha qiymətə təklif olunur. Maklerin sözlərinə görə, qiymətlər şəhər daxilində 300-800 manat arası dəyişir.

Alıcı qismində söhbətləşdiyimiz makler Şükür Əliyev bildirdi ki, paytaxtda kirayə evlərin qiyməti minimum 300 manat təşkil edir: "Evlərin qiyməti son bir ayda 50 manata qədər qalxıb. Ən ucuz yerlərdən biri "Həzi Aslanov" metrostansiyasının yaxınlığıdır. Orada 1 otaqlı təmirsiz evləri 300 manatdan aşağı tapa bilməzsiniz. Evlərin qiyməti son bir ayda xüsusilə qalxıb. Siz 1 ay əvvəl baxsaydınız, 50 manat ucuz tapa bilərdiniz. Amma indi mümkün deyil".

Makler onu da bildirdi ki, paytaxtın mərkəzi hissəsində yaşayış evlərinin sökülməsi də qiymət artımına ciddi təsir edib: "Şəhrin mərkəzində yerləşən Sovetski, Xutor, Papanin kimi ərazilərdə söküntü işlərinin başlaması da qiymətin qalxmağına təsir edir. Çünki burada yaşayanlar şəhər əhalisidir. Onlar şəhərkənarı ərazilərdə yaşamaq istəmir, ona görə də bundan istifadə edən mənzil sahibləri qiymətləri qaldırır".

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, paytaxtın "20 Yanvar", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nərimanov", "Gənclik", "Neftcilər", "Qara Qarayev", "Memar Əcəmi" metrostansiyalarının yaxınlığında yerləşən evlər müvafiq olaraq 350-600 manat arası dəyişir. Papanin, Xutor, Montin kimi ərazilərdə və Əhmədli, Keşlə, Badamdar qəsəbələrində həyət evlərini nisbətən ucuz, 200-300 manata tapa bilərsiniz.

Mütəxəssislərə görə, payız aylarında tələbələrlə yanaşı, bölgələrdən işləmək üçün Bakıya gələnlərin çoxluğu da kirayə ev bazarında qiymət artımına təsir edən amillərdəndir.

Tarix
2014.09.22 / 12:09
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla