Yuxarı

Bakıda cəzaçəkmə evi yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.

Axar.az Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın hadisəsi dünən saat 22.10 radələrində baş verib.

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımı qüvvələr yanğın yerinə cəlb olunub.

Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Fakt üzrə Penitensiar xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.

Tarix
2014.09.22 / 10:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla