Yuxarı

Xəzərin bütün sahili təmizlənəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər həftəsi" münasibətilə Xəzər dənizinin sahil zolağı ərazilərində iməcliklər təşkil olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabr ayının 22-27 tarixlərində "Xəzər həftəsi" günü qeyd ediləcək. Bu tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.

22–27 sentyabr tarixlərində "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması da planlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq, 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" kimi qeyd olunur.

Tarix
2014.09.22 / 09:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla