Yuxarı

DİN-dən 4 ölümlə nəticələnən qəza ilə bağlı açıqlama – Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-09-21 22:10:36

Bakı-Şamaxı magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza hadisəsi baş verib.

Axar.az xəbər verir ki, yük avtomobili ilə "Mersedes" markalı maşının toqquşması nəticəsində 4 nəfər hadisə yerindəcə keçinib. Xəsarət alanların da olduğu bildirilir.

Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.

Ətraflı məlumat veriləcək…

2004-09-22 -9:45:00

Qəzaya 99 CS 488 dövlət nömrə nişanlı "Mersedes" yük avtomobili ilə 99 DV 061 nömrəli "Mersedes" düşüb.

Nəticədə minik avtomobilinin sürücüsü Əlövsət İsmayılov və sərnişinlər - Fuad Abdulrəhmanlı, Elşad Hüseynov və Elçin Məmmədov hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəzaya yüksək sürətin səbəb olduğu ilkin irəli sürülən ehtimallardandır.

Hadisə ilə bağlı DYP araşdırma aparır.

11:48

Yol qəzası nəticəsində dünyasını dəyişən Fuad Abdulrəhmanlı "Türküstan" qəzetinin redaktoru idi.

Allah rəhmət eləsin!

***

14:32

Dəhşətli qəza ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi xəbər yayıb.

Axar.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri "Mercedes" markalı avtomobillər toqquşub. Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.

Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Tarix
2014.09.22 / 14:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla