Yuxarı

Avropanın ən yaxşı 50 filmi: “Qış yuxusu”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 Avropa ölkəsini əhatə edən 2014-cü ilin ən yaxşı filmləri uğrunda mübarizə aparacaq filmlərin siyahısı Avropa mədəniyyət paytaxtı Riqada təşkil edilən mətbuat konfransında açıqlanıb.

Axar.az xəbər verir ki, bu siyahıda Türkiyədən Kutluğ Atamanın "Quzu" və Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmləri də yer alıb.

Beləliklə, hər iki film Avropanın Oskarı olaraq tanınan 27-ci "Avropa Film Mükafatları" üçün yarışacaq 50 filmin arasında iştirak edəcək.

Türkiyə kinosunun 100-cü ilində "Avropanın ən yaxşı 50 filmi" arasında iştirak etməkdən qürur duyduğunu bildirən rejissor Kutluğ Ataman belə deyib: "Quzu" ilə çoxlu festivalda iştirak etmişik, dünyanın hər yerində filmi bəyəndiklərini söyləyirlər. Nuri Bilgə Ceylanla birlikdə Türkiyəni təmsil etmək də ayrı bir xoşbəxtlikdir".

Qeyd edək ki, 2014-cü il "Avropanın ən yaxşı 50 filmi" siyahısına düşən filmlər Avropa Film Akademiyasının üzvü olan 3 mindən çox rejissor, aktyor və ssenaristin səsləri ilə təyin olunur. Siyahıda Ataman və Ceylan ilə Lars von Trier, Jan Lyük Qodard, Mayk Ley, Andrey Zvyagintsev kimi dünya şöhrətli rejissorların filmləri də yer alıb.

Xatırladaq ki, 27-ci "Avropa Film Mükafatları" dekabrın 13-də Latviyanın paytaxtı Riqada təşkil ediləcək tədbirlə sahiblərinə qovuşacaq.

Tarix
2014.09.21 / 01:28
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla