Yuxarı

İŞİD-in məxfi idarəçilik sistemi üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazisinin böyüklüyünə görə, İngiltərəni ötüb keçən İŞİD-in idarəetmə sistemi ortaya çıxıb.

Axar.az ingiltərənin "Deyli Meyl" qəzetinə istinadən xəbər verir ki, İraq və Suriyada geniş bir əraziyə nəzarət edən terror təşkilatının bu idarəçilik sistemi mütəxəssisləri olduqca təəccübləndirib.

İŞİD-in əməliyyatlarını "İerarxiya" adlı bir sistemlə icra etdiyini deyən qəzet təşkilatın neft satışı və daxili işlər kimi məsələlərdə fərqli metodları olduğunu bildirib.

Əbu Əbdül Rəhman əl-Bilavinin evində tapılan yaddaş kartının içində olan məlumatlara əsasən hazırlanan idarəçilik sistemi Əl-Qaidədən tamamilə fərqlənir. Əl-Qaidədə qərarları Ayman əl-Zavahirinin yaxın ətrafı verirdisə, burada məsələ bir az fərqlidir.

"Terrorizm Araşdırma və Analiz Konsorsiumu"nun araşdırmasına görə, təşkilatın hər bir qurumunun məsul şəxsi İŞİD-in özünü "Xəlifə" elan edən lideri Əbubəkr əl-Bağdadiyə təyin olunmuş vaxtlarda hesabat verir. Bağdadinin İraq və Suriya üçün ayrı-ayrılıqda iki köməkçisi var. Hər köməkçinin də müvafiq ölkələri idarə etmək üçün 12 valisi var.

Tarix
2014.09.20 / 13:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla