Yuxarı

Hansı tip xarakterdə olduğunuzu bilirsinizmi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mövcud olan 4 temperament tipini - sanqvinik, melanxolik, xalerik və fleqmatik tiplərini Allah hər bir insana verib".

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Hüseyin Xəlilov insan xarakterinin müəyyən edilməsinin yollarından danışarkən deyib. Hüseyin Xəlilovun sözlərinə görə, hər bir insanda bunların dördü də var:

"Elə başa düşülməsin ki, bir insan melanxolikdirsə, onda digər tiplərin xüsusiyyətləri yoxdur. Bu tiplərin dördü də hər bir insanda cəmləşib. Amma bunlardan hansısa biri daha çox üstünlük təşkil edir. Bəs üstünlük nədən ibarətdir? Xolerik bir adam çox cəsarətli, riskli, hövsələsiz, çox tez özündən çıxandır. Amma zaman keçdikcə həyatın təsirləri, həyat hadisələri onu yumşaldır, melanxolik bir adama gətirib çıxara bilir.

İnsanın hansı tipə aid olduğunu müəyyən etmək üçün test var. Birincisi, bu test sistemi vasitəsilə temperamentin tiplərini öyrənmək olur; ikinci, insanın davranış və hərəkətlərini, mimikasını, onun ruh halını, bədən dilini onun mimiklərindən, pantonimlərindən aydınlaşdırmaq və hansı temperament tipinə aid olduğunu müəyyən etmək olar. Məsələn, deyək ki, evdə valideynin dörd övladı var və xarakter baxımından valideyn övladlarını necə tanıya bilər. Daha çox hərəkətli, daha çox aktiv, tez özündən çıxan, tez sıçrayan uşaq xolerik tipinə aiddir. Daha çox danışan, rahat ünsiyyətcil, özünü rahat təqdim edən, adamlar içərisində sıxılmayan, darıxmayan, özünü ifadə etməyi bacaran uşaqlar sanqviniklərdir. Çox tez təsirlənən və təsirlənib fikirləşən, təsir dairəsinə düşüb bunu duyğularında dərinləşdirən uşaqlar fleqmatik keyfiyyətlidirlər. Melanxoliklərin zəif temperamentə malik olduqlarını valideynlər evdə hiss edə bilərlər. Melanxoliklər az danışar, evə insan gəldikdə ortalıqdan itər, gizlənər və yeni mühitə çətinliklə alışarlar".

Tarix
2014.09.18 / 03:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla