Yuxarı

Kamal Abdulladan onun haqqında yazanlara – Bir abzas

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir abzas - Yeddi rəng" layihəsində Yazıçı Kamal Abdulladır.

Səkkizinci rəng: KAMAL ABDULLAnın rənglərə cavabı

Mən, əlbəttə ki, təşəkkürdən başlamaq istərdim: bu abzasları yazanlara və Axar.az saytının əməkdaşlarına sevgi-məhəbbətlərinə görə. Ruhun dünyamızı tərk etməyə hazırlaşdığı (istədim yazam tərk etdiyi, amma yazmadım) bir zamanda bu qədər xoş enerji almaq mənə çox gərək idi. Hörmət elədiyim imzalar altında oxuduğum təhlil yığcam olsa da, tutarlı və səhifə-səhifə uzandıqca uzanan yol kimi tənqidlərdən daha mükəmməldir. Xəbisliklə sevinənlər tələsməsin, məni tərif etdikləri üçün demirəm, mən bu yazılarda səmimiyyət və ruhun mövcudluğunu hiss etdim. Və inanıram ki, bu adamlar başqaları barədə də bu tövr və əxlaqda danışarlar. Sadəcə, bu adamlar başqa cür bacarmırlar.

Məncə, maraqlı bir layihə gerçəkləşməyə başladı. Mən bunun adını "Qövsi-qüzeh" qoyardım. Bir abzasdan daha artıq nə lazım ola bilər ki! Əsərin "eyib"ini göstərib tənqid etdiklərini düşünən və tənqidin ancaq eyiblər toplusundan ibarət olduğunu iddia edən tənqidçilər göydə ulduzları sayıb sayını müəyyən edən adamlar qədər sadəlövhdürlər. Sevinməyi, ləzzət almağı, şərik olmağı bacaraq. Ən naşı adam ən naşı şerini yazanda o, gözəldir. Onun ruhu var. Niyə? Çünki bəlkə də o elə bilir, o, şeir yazır. Əslində isə o harmoniyaya can atır. Adamların uçmaq həvəsini qanad-qanad öldürməyə tələsməyək. Mən istərdim ki, "Qövsi-qüzeh"dəki abzasların rəngləri ancaq sevgi, xoş niyyət, gözəl arzular üzərindən axıb getsin. Bu gün bəlkə də ədəbi cameəmizə ən çox gərək olan nəsnə elə budur. Mən öz sevgi payımı aldım. Var olun.

Sizin Kamal Abdulla

Bütün abzaslar

Bir abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng - Ağ

Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas. İkinci rəng – Qırmızı

Kənan Hacı və Aqşin Evrəndən - Bir abzas. Üçüncü rəng - Yaşıl

Səlim Babullaoğlu və Zahir Əzəmətdən – Bir abzas. Dördüncü rəng - Mavi

İradə Tuncaydan Kamal Abdullaya – Bir abzas. Beşinci rəng - Sarı

Ömər Xəyyam və Güneldən - Bir abzas. Altıncı rəng - Boz

Del Gerani və Qaraqaplandan - Bir abzas. Yeddinci rəng - Bənövşəyi

Tarix
2014.09.13 / 10:03
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ukraynanın Vardanyanın Nobel mükafatına namizədliyinə etirazı

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla