Yuxarı

İraq olsun!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

…Adından bəllidir - Yaxın Şərq. Kaş ki, uzaq olaydı. Çox uzağa getməyək, götürək Uzaq Şərqi - gündoğan Yaponiyanı.

Nə Avropadakı maliyyə böhranı, nə Yaxın Şərqin qan gölünə çevrilməsi, nə də Amerikanın riyakar siyasəti bu məmləkəti maraqlandırır.

Sadəcə, bu bizim taleyimizdir - Yaxın Şərq.

Harada bir bəla, zülm, insanlığa cinayət olsa gəlib bu regionu tapar. Qəzzadan Bağdada qədər, Hələbdən Şama kimi insanların zülmü ərşə bülənd olub. Boşdan "iraq olsun" deməyiblər. Yaxın Şərqdə "iraq olsun" söylənəcək bəşəri cinayətlər törədilir.

Kim bilir Müaviyə, Mussolini və yaxud şah Qacar bu dərəcədə olmazın işgəncələrə əl atmayıblar. XXI əsrin ilk 15 ilinin dərslik üçün tarixini yazmağa gərək yoxdur. İndi Suriyada, Qəzzada, İraqda olan qətliamları genosid kimi tanımağa nə ekspertlər lazımdır, nə də Avropa Haaqa Məhkəməsi. Aç Yutub sosial şəbəkəsini və bax - köhnə əyyamlara qayıtmışıq.

Artıq son model silaha, F16 qırıcı təyyarələrinə, Xirosimaya atıln bombalara ehtiyac qalmayıb. Çünki VIII əsr silah-sursatının ixracına başlanıb. Suriya və İraqda qılınclar, xəncərlər, nizələr işə düşüb.

***

İŞİD qətliamları media və dünya siyasətinin gündəmini elə zəbt etdi ki, Qəzzada öldürülən körpələr unuduldu. Görəsən, bu il Fələstində neçə uşaq məktəbə gedə bilməyəcək? Neçə suriyalı nişanlı gəncin həyatı qəsb edildi? Neçə iraqlı ata əlində çörək evə qayıdarkən güllələndi?

Bu suallar cavabsız qaldığı qədər, Yaxın Şərq xalqlarını, onların siyasətçilərini, aydınlarını, başbilənlərini qınamaq lazımdır. Qınamaq lazımdır ki, illərlə davam edən bu zülmlərə qarşı niyə birgə vətəndaş həmrəyliyinə çağırış olunmur?

Azərbaycan xalqı 20 Yanvar hadisələrinin ertəsi günü yumruq kimi idi. Hamı yeknəsəq şəkildə rus işğalının törətdiyi cinayətlərə "yox" deyirdi. Milyonlar Şəhidlər Xiyabanına axışırdı…

Ölkəsində ən kritik dönmədə milli birlik olmayan toplumların sabitlik içində yaşayışı nonsensdir. Bu mənada Yaxın Şərqin yaxın gələcəkdə alovu çətin ki, sönə. Bizə yalnız bunu demək düşür - iraq olsun!!!

Tarix
2014.09.11 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Virusa yoluxan arvadını balkondan atdı - Video

Bakıda saxta “İvanovka” məhsullarını kim satır?

Dilqəm Əsgərovun oğlu atasından narahatdır

Abdullalar “ölümə” tərk edilib? – TƏBİB-dən cavab

İkinci meyit də 2015-də itkin düşən neftçinindir - Təsdiq

Bu çirkin kampaniyanın başında o dayanır

Proqnozu doğrulmadı, astroloq isə israr etdi...

Peyvəndə ümidlənməyin: zəncəfil, sarımsaq isə... – Video

Əhali rayonlara buraxılsın, Bakıda sıxlıq azalsın – Həkim

Bu türk ölkəsi də sərt karantin tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla