Yuxarı

Dişi məhv edən əsas xəstəlik budur – Həkim məsləhəti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki zamanda böyüklərdə dişlər kariyesdən daha çox paradontoz (yaşla əlaqədar diş ətinin geri çəkilməsi) və çənə sümüyünün geri çəkilməsi nəticəsində tökülür. Yeni araşdırmalar göstərir ki, paradontoz ürək xəstəlikləri, beyin infarktı, normadan aşağı çəkisi olan, vaxtından əvvəl doğuşlara gətirib çıxaran şəxslər üçün əhəmiyyətli dərəcədə risk faktorudur.

Bununla bağlı Axar.az-a danışan diş həkimi, əslən Cənubi Azərbaycandan olan Sia Tağızadə Azərbaycanda paradontologiya mütəxəsisinin az olduğunu bildirib. O, bu xəstəliyin yayılmasının əsas səbəbini vitamin çatışmazlığı və gigiyenik qaydalara riayət edilməməsi ilə əlaqələndirib:

"Bu xəstəliyin qarşısını almaq üçün sadəcə olaraq öncədən gigiyenik tədbirlər görülməlidir ki, xəstəlik inkişaf etməsin. Xəstəliyin nə dərəcədə ağır olması da əsas məsələdir. Əvvəlcə, həmin şəxsə qarqaralar və dərmanlar təyin olunur. Daha sonra isə lazım gəldikdə plastik əməliyyat aparılır. Bu xəstəlik zamanı dişlər laxlayır, ağızdan pis qoxu gəlir, mədə-bağırsaq traktı pozulur, çənə sümüklərinin atrofiyası kimi ağırlaşmalar olur".

Sia Tağızadə paradontoz xəstəliyinin müalicəsi üçün C vitamini qəbul etməyin məsləhətli olduğunu deyib:

"Mən C vitamini və gigiyenik qaydalara əməl eləməyi məsləhət görürəm. C vitaminini ən çox bibər, portağal, apelsin, kivi, limon kimi meyvələrdən qəbul edə bilərlər. C vitaminin sintetik dərman kimi kimyəvi tərkibli preparatı da var".

Tarix
2014.09.11 / 01:34
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla