Yuxarı

“Saxta rəylərinə görə onu məhkəməyə verəcəm” - Baş redaktor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Anatomiya və Tibbi Ekspertiza Birliyinin rəhbəri Şakir Musayevi yazdığı və mənə oxuduğu elmi-metodoloji kitaba uyğun ekspert rəyi verməyə çağırıram. Əks halda, bu qurumu məhkəməyə verməkdən başqa yolum qalmır".

Bu sözləri Aznews.az-a zərərçəkən Anar Niftəliyev həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı hazırda Bakı Şəhər Prokurorluğunda davam edən istintaq işi ilə bağlı məlumat verərkən söyləyib. Onun sözlərinə görə, istintaq ciddi irəliləyiş əldə edib və toplanan məlumatlar yeni və daha təkmil ekspert rəyinin verilməsini zəruri edib:

"Hazırda istintaq mühüm mərhələdədir və bizim iddialarımızda da əks olunan suallar daxil olmaqla, bir neçə mübahisəli məsələyə aydınlıq gətirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib. İndi Birliyin ekspert komissiyasının rəyini gözləyirik".

A.Niftəliyevin iddialarına görə, bu komissiya artıq 4 dəfə birtərəfli, yarımçıq və qarşı tərəfin maraqlarını təmin edən saxta rəy verib:

"Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Şakir Musayevlə bir dəfə həmin ərəfədə görüşdüm və ondan komissiyanın işinin ədalətli qurulması üçün əlindən gələni etməsini xahiş etdim. Çünki bu Birlik haqqında Azərbaycan cəmiyyətində kifayət qədər yayılmış təsəvvür var, hamı bu idarəni "Qanbatıran idarə" adlandırır. Şakir müəllim görüşümüzdə həm də ətraflı məlumat verdi: özünün yazdığı və masasının üstündə olan kitabın bəndləri ilə təsdiqlədi ki, tibb personalından heç kim məsuliyyətdən yaxa qurtara bilməz, Elnarə Tofiqqızının ölümünə bais olan hər kəsin məsiliyyəti – az və ya çox olmasından asılı olmayaraq – ayrıca göstəriləcək. Ancaq təəssüf ki, yalnız anestezioloqun məsuliyyəti xüsusi olaraq göstərildi – şəraiti imkan verməyən, tibbi avadanlıqları tələblər səviyyəsində olmayan bir cərrahiyyə otağında əməliyyat aparan, xəstənin vəziyyətinin ağırlaşdığı məqamda məqsədəmüvafiq tədbirlər görməyən, həkim briqadası belə çağırmayan (həkim briqadalarını biz çağırmışıq), iş-işdən keçənə qədər kustar üsulla "yardım" göstərməkdə davam edən həkimləri məsuliyyətdən kənarda qoydular. Səhiyyə Nazirliyinin 13 dekabr 2013-cü ildə istintaqa göndərdiyi məktubda rəsmən göstərilir ki, nazirliyin baş onkoloq və baş anestezioloqunun rəhbərliyi ilə keçirilən komissiya "əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin seçilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir".

Səhiyyə Nazirliyinin bu rəsmi mövqeyini Məhkəmə Tibbi Ekspertiza və Paroloji Anatomiya Birliyi təsdiqləmir. Bunun yalnız bir adı var: qarşı tərəfdən rüşvət alıblar. Heç qarşı tərəf də bunu gizlətmir axı – hər yerdə danışır".

A.Niftəliyev hazırda Bakı Şəhər Prokurorluğundan göndərilən sorğunun daha geniş və əhatəli olduğunu da bildirib:

"İndi sorğu o qədər geniş qoyulub ki, buna ümumi sözlərlə cavab vermək mümkün deyil və kimlərisə məsuliyyətdən qorumaq çətindir. Hesab edirəm ki, Bakı Şəhər Prokurorluğu Şakir Musayevin rəhbərlik etdiyi idarəyə ədaləti təmin etmək üçün növbəti şans verib. Ya bu idarə nəhayət, ölkə rəhbərliyinin, şəxsən Baş prokuror Zakir Qaralovun və ictimaiyyətin diqqətində olan bir işdə ləkələnmiş nüfuzunu qorumaq yolunda bir addım atacaq, Səhiyyə Nazirliyinin mütəxəssislərinin rəyini təsdiqləyəcək, ya da heç nəyə baxmayaraq, növbəti dəfə "qanbatıran" idarə adını şərəflə daşıdığını bir daha isbatlayacaq. İkinci halda bizim də əsəblərimiz var, inşallah, o komissiyada təmsil olunanların da ailələrinin başına belə bir faciənin gəlməsini arzulamaqla bərabər, məhkəməyə də müraciət edəcəyik".

Jurnalist Anar Niftəliyev həm də millət vəkillərinə, ictimaiyyət nümayəndələrinə səslənib:

"Deputatlardan, ictimaiyyət adamlarından yardım gözləyirəm: kim bu ölkədə yaşayırsa, əmin olsun, həkim səhlənkarlığından kənarda deyil və ekspertizanın yanlış qərarı ilə qorunan həkimlərin azğınlığı bir gün hamının qapısını döyəcək – onsuz da bir-bir döyür. Ona görə də hamıdan gələcəyimiz naminə, yaramaz həkimlərdən xilas olmaq və yaramazlıq edə biləcək həkimlərə görk olmaq üçün bu işə diqqət ayırmalarını xahiş edirəm. Əgər bir ölüm faktını törədən həkimləri bir ildir cəzalandıra, ən azı, bir insanın ölümünə, iki çocuğun yetim qalmasına səbəb olan yaramaz həkimləri heç olmazsa həkimlik fəaliyyətindən kənarlaşdıra bilmiriksə, onlar yenə də pasientlərə "kliyent" kimi baxaraq, pul yığmaqlarında və insanları kəsib-tökməklərindədirlərsə, biz özümüzü hansı cəmiyyətə aparırıq? Bütün ictimaiyyətin gözləri önündə ekspert komissiyası bir qətli ört-basdır edə bilirsə, bizi sabah hansı bəlalar gözləyir? Mən nə istəyirəm ki – Elnarə xanımın qatilləri bir daha əllərinə skalpel almasınlar, bir daha mənim kimi adamları aldadıb, heç bir ehtiyac olmadığı halda cərrahiyyə əməliyyatına soxmasınlar və mənim kimi insanları bədbəxt etməsinlər. Bu adamlar həkim adı altında qəssablıqla məşğuldur, bunların əynindən həkim xalatını çıxarıb tullamaq bu cəmiyyət üçün o qədərmi çətindir? Bu yaramazların cəzalanmamasından sui-istifadə edəcək digərlərinin nələr törətdiyini bir anlıq təsəvvür edirsinizmi?"

Qeyd edək ki, BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatı zamanı həyatını itirib. 2013-cü il sentyabrın 25-də faktla bağlı Nəsimi Prokurorluğunda cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə zərərçəkənin istintaqın birtərəfli və qərəzli aparılması barədə şikayəti əsasında, baş prokurorun qərarı ilə cinayət işi Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna verilib.

Hazırda cinayət işi Bakı Şəhər Prokurorluğunda, müstəntiq Vaqif Süleymanovun icraatındadır.

Tarix
2014.09.09 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla