Yuxarı

Qəfil agent zəngləri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Salam xanım. Sizi klinikadan narahat edirəm. Bizdə çox gözəl endirim kampaniyası var. Sizin də nömrəniz şanslı nömrələr sırasına düşüb. Sizi təbrik edirəm. İstərdim ki, klinikamıza gəlib burdakı kosmetoloji xidmətlərdən istifadə edəsiz. Sizin üçün çox faydalı olacaq" və s. və ilaxır.

Yəqin siz də belə zənglərə tuş gəlmisiz, tanımadığınız mobil nömrələrdən zəng qəbul etmisiz. Bu zaman ya səhvən sizə zəng vurduqları, ya da tanıdığınız adamın yeni nömrədən sizi aradığı məlum olub. Amma son vaxtlar naməlum nömrələrdən daxil olan zənglər vətəndaşları daha çox təəccübləndirir. Zəng vuran gözəl səsli xanımlar çalışdıqları müəssisənin xidmətlərini təqdim edir və hər hansı kampaniya barədə məlumat verirlər. Bu "xidmətlər" yay aylarında daha da fəallaşıblar. Mən onların təşəbbüsündə pis bir məqam görmürəm və məlumatı yaymağın bir vasitəsi kimi qəbul edirəm. Amma sözümün canı var.

Son iki ayda mən üç belə zəng qəbul etmişəm. İlk olaraq "Atlas" Tibb Mərkəzindən arayan xanım bir həftə ərzində burada ginekoloji, endokriniloji, pediatrik müayinələrə endirim edildiyini dedi. Və məni də bu kampaniyaya qoşulmağa dəvət etdi. Əlbəttə, həkim müayinəsinə ehtiyacı olan adam belə fürsəti mütləq dəyərləndirməlidi. Həm də endirim olunanda bu lap əla. Ancaq razılaşdıqdan sonra xanım təkid edir ki, mütləq qeydiyyatdan keçin. Sonra da hər gün zəng edib əlavə suallarla adamı yorur.

Bu günlərdə isə "VİP Həyat" MMC-dən zəng edən xanım pulsuz kosmetoloji xidmət göstərdiklərini bildirdi. Və mənim də nömrəmin "şanslılar" sırasına düşdüyünü bildirdi.

Ev telefonumuza gələn zəng isə daha maraqlı idi. Zəng vuran bu dəfə kişi oldu və yəqin elə buna görə evin kişisini soruşdu. Mən də tez dəstəyi təsadüfdən həmin saatda evdə olan yoldaşıma uzadıb mətbəxə keçdim. Çox keçmədi ki, yoldaşımın səsinə geri qayıtdım:

"Bu işlərlə qadınlar məşğul olur. Mənim qab-qacaqdan başım çıxmır. Al xanımla danış".

Necə deyərlər, sevincim gözümdə qaldı. Və uzun-uzadı reklam məlumatlarını yenə də mən dinləməyə məcbur oldum. Bilmirəm, bəlkə mobil operotorların kişi müştərilərinə də bu cür zənglər gəlir. Yəqin ki, onlar üçün də belə "xidmətlər" mövcuddur, sadəcə, mən rast gəlməmişəm. Amma hər dəfə bu kampaniyaların belə bayağı formada, insanı oturduğu yerdə narahat etməsindən çox, məni bir sual düşündürür. Görəsən bizim ev və ya mobil nömrələrimizi necə əldə edir, hətta "şanslı" kimi digərlərindən seçirlər? Bu, xidmət operatorlarının müqavilələrdə göstərilən məxfilik prinsiplərinə xəyanət etməsidir, yoxsa başqa nüanslar var?

Qaydalara əsasən, nömrə alarkən bu, fərdi məhsul sayılır və yalnız öz razılığımızla onu tanıdığımız, yaxın bildiyimiz adamlara verməliyik. Və hamı da belə edir. Bəs bizim xəbərimiz olmadan mobil və ya ev nömrələrimiz klinikaların, ayrı-ayrı firmaların menecerlərinə necə gedib çıxır?

Məncə, bu barədə düşünməyə dəyər. Belə anlaşılır ki, insanların şəxsi həyatı o qədər də güvəndə deyil. Xüsusilə mobil operatorlar bu məsələdə öhdəsinə düzən vəzifəni yerinə yetirməkdən çox, qazanc əldə etməyi düşünür.

Uzaqdan tanıdığım bir nəfərin rastlaşdığı hadisə isə lap qəribədi. Nazlı xanım anasının adına olan nömrə ilə "Azercell" şirkətinin xidmətindən istifadə edir. Günlərin birində bir nəfərlə aralarında şəxsi zəmində mübahisə yaranır və həmin adam onun telefon danışıqlarını çıxararaq narazı qaldığı məqamları sübut edəcəyini deyir. Nazlı xanım da düşünür ki, qanunla özünə məxsus nömrəyə aid məlumatları yalnız özü əldə edə bilər. Ona görə də arxayın işi ilə məşğul olur. Və bir gün həmin adam qovluqda Nazlının telefon danışıqlarını özünə təqdim edir. Bizim kimi Nazlı da bu hadisəni təəccüblə qarşılayır. Deməli, mobil operatorlar şəxsi məlumatları kənar şəxslərə də verə bilirlər. Təbii ki, nəyinsə müqabilində. Nazlı xanım hazırda bu məsələni məhkəmədə araşdırmaqla məşğuldur. Oturduğu yerdə çətin işə düşmək belə olar.

Guya güvənli bilib həyatımıza daxil etdiyimiz mobil nömrələr həm də bizə ciddi problemlər yaşadır. Məncə, hüquq-mühafizə orqanları operatorların işinə nəzarəti gücləndirməlidir. Çünki insanların şəxsi həyatına müdaxilə yolverilməzdir.

Tarix
2014.09.06 / 08:30
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Dekanın ölümü, hakim ədaləti və ... - İlk cəza

Ərdoğandan Azərbaycana gözlənilməz jest - Foto

İpotekada sevindirici dəyişiklik gözlənilir

Azərbaycan tələbələri üçün iş yarmarkası

Ali məktəblərə ərizə qəbulu başladı

Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması

"İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"

Fiziki qüsurlu uşaqlara müjdə

Gənc qızı bədbəxt edən “həkim” yoxa çıxıb

“British Airways”dən azərbaycanlı sərnişinlər üçün aksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla