Yuxarı

Medvedev İrəvandan niyə imtina etdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş naziri Dmitri Medvedevin Ermənistan səfərinin təxirə salınma səbəbi ilə bağlı Ovik Abramyan növbəti açıqlama verməyə məcbur olub.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, baş nazir Ovik Abramyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin dövlət başçılarının Minskdə keçirəcəyi iclasın gündəliyinə salındığı üçün Rusiya Baş nazirinin 8-9 sentyabrda İrəvan səfərinin təxirə düşdüyünü bildirib.

Bu arqument isə şərhçilər tərəfindən birmənalı qarşılanmayıb. Çünki Avrasiya İqtisadi Birliyinin oktyabr ayı üçün nəzərdə tutulan Minsk görüşünün Medvedevin İrəvan səfəri ilə heç bir əlaqəsi yoxdur və Abramyanın bu açıqlaması sadəcə mediaya ünvanlanan "bəhanə" adlandırılıb.

Hazırda səfərin təxirə salınmasının səbəbləri Ermənistanda ciddi müzakirə mövzusudur. Bəzi analitiklər Ermənistanın Rusiya üçün tamam əhəmiyyətini itirdiyini və hazırkı iqtisadi sanksiyalar fonunda Medvedevin İrəvana səfəri ilə Moskvanın iqtisadi baxımdan çətin durumda olan bir ölkənin yükünü üstünə almaq istəməməsi ilə izah edirlər.

Xatırladaq ki, Rusiya Baş naziri Dmitri Medvedevin İrəvana səfər edəcəyi barədə məlumatı da Ermənistan baş naziri Ovik Abramyan elan etmişdi. Rusiya tərəfi ümumiyyətlə bu səfərlə bağlı heç bir açıqlama verməyib.

Tarix
2014.09.02 / 10:41
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla