Yuxarı

Yenidən bölüşdürülən dünya hələ çox can alacaq – Təhlil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Soyuq müharibə"dən sonra dünyada yaranan təkqütblü sistemin tarixi dönüş nöqtəsindəyik. NATO-nun keçmiş Sovet ölkələri ilə əməkdaşlığı genişləndirməsi, Avropa Birliyinin (AB) Şərqi Avropa ölkələri üçün "açıq qapı" siyasəti elan etməsi yeni qlobal dünyada qütbləşməyə bir işarədir.

Şərqi Avropada Qərbin və ABŞ-ın raket əleyhinə müdafiə sisteminin quraşdırlması Rusiyaya qarşı atılan cavab addımları kimi dəyərləndirilə bilər. Son bir neçə ilə nəzər salsaq, dünyada gedən proseslərin aydın eskizini görə bilərik. Gürcüstanın tərkibindən Abxaziya və Cənubi Osetiya kimi iki cırtdan dövlətin çıxarılması istəyi, Dağlıq Qarabağ problemi, Krımın Rusiyaya birləşdirilməsi və şərqi Ukraynada davam edən vətəndaş müharibəsi Şərq-Qərb qarşıdurmasının bariz nümunəsidir.

Hələ 2007-ci il fevralın 10-da Rusiya Prezidenti Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransında "Təkqütblü dünya qəbul edilə bilməz və bu qeyri-mümkündür" sözlərini yada salmaq lazımdır. Putin bu sözlərlə əslində yeni qlobal dünyada qütbləşmənin necə olacağı təsəvvürünü yaratmaq istəmişdi. Eyni zamanda, Rusiyanın Baş naziri Dmitri Medvedev 2008-ci ildə prezident seçildikdən sonra ABŞ ilə yeni bir səhifə açmaq səyi və NATO-nun Rusiyanı təhdid siyahısından çıxarması uğursuzluqla nəticələnən ssenarinin tərkib hissəsi idi. Hazırda Rusiyanın ilhaq etdiyi Krımın yenidən Ukraynaya birləşmə ehtimalı getdikcə zəifləməkdədir. Şərqi Ukraynanın parçalanması və yeni dondurulmuş problemli bölgələrin meydana gəlmə riski isə hazırda çox yüksəkdir.

Bütün bunlara səbəb ABŞ-ın İraq və Əfqanıstanda müvəffəqiyyətsizliyi və "Ərəb baharı"nın xəzana çevrilməsidir. Bu, Moskvanın əl-qolunu açdı. Neft və təbii qaz gəlirləri ilə 500 milyard dollara yaxın ehtiyat toplayan Rusiya Çin və Uzaq Şərq ölkələrində neftini və təbii qazını satacaq yeni bazarlar tapdı. Çinlə imzalanan 400 milyard dollarlıq enerji razılaşması əslində Qərbin məğlubiyyətinin başlanğıcı idi. İndi Avropa kürəyini söykəməyə möhkəm dayaq tapan Rusiyanın əlindədir desək, yanılmarıq. Ukraynada yaşanan hadisələrə görə tətbiq olunan sanksiya və embarqolar Rusiyada gözlənilən effekt yaratmır. Əksinə, Avropa şirkətləri bundan ziyan görməyə başlayıb. Artıq Şərqi Avropa ölkələri başda olmaqla, bir çox Avropa şirkətlərinin Rusiya bazarında itkisi ilin sonuna qədər 15 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılır.

Ukraynada yaşanan böhran yalnız Şərqi Ukraynada ruspərəst separatçıların zərərsizləşdirilməsi ilə sona çatan deyil. 4-5 sentyabrda Uelsdə keçiriləcək NATO zirvə toplantısında Ukrayna Pezidenti Pyotr Poroşenkonun NATO-dan konkret kömək istəyəcəyi gözlənilir. Kiyevin NATO-ya daxil olması barədə səsləndirilən fikirlər, Şərqi Avropada 5 yeni hərbi bazanın qurulacağı qarşıdan əmin-amanlıq gəldiyindən də xəbər vermir.

Kiyevin Qərbə bu qədər inteqrasiyası Moskvanı lal-dinməz saxlaya bilməz və qarşıdan gələn zamanlarda şimal qonşumuzun Şərqi Ukraynada "sülhün bərqərar olunması" yolunda addımlar atmasını gözləmək ağılsızlıq olardı. "Böyük Səkkizlər"dən çıxarılan, NATO ilə əməkdaşlığı təxirə salınan, ABŞ və AB-nin sərt sanksiyaları ilə üzləşən bir ölkənin gələcəkdə yumşaq addımlar atması və danışıqlara getməsi real görünmür. Bir müddət öncə bölgəyə 280 TIR "humanitar yardım" göndərən Moskva əslində bölgədə Ukrayna ordusuna qarşı döyüşən separatçılara dəstək verirdi. NATO-nun min nəfərə yaxın rus əsgərinin Şərqi Ukraynada döyüşdüyü iddiasını qəbul etməyən Kreml 3 mindən artıq tərxis olunmuş zabitini münaqişə bölgəsinə göndərməkdədir. Bundan əlavə, on minlərlə rus əsgəri Ukrayna sərhədində tətiyi çəkməyə hazır durub.

Putinin son çıxışında "Rusiya dünyanın ən güclü nüvə ölkəsidir" deməsi göstərir ki, bu münaqişə hələ çox qan aparacaq.

Tarix
2014.09.02 / 09:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla