Yuxarı

Ərbildən şok: “İŞİD Mosulda küçədə istənilən qadını...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi vəziyyət sabitdir. Amerika İŞİD silahlılarını Ərbil və Kərkükdən uzaqlaşdırdı. Ancaq peşmərgə Mosulu geri almaq üçün mübarizə aparır".

Bu sözləri Axar.az-a İraqda Türkman Ədəbiyyatçılar və Yazarlar Birliyinin rəhbəri Əsəd Ərbil deyib.

Ə.Ərbilin sözlərinə görə, əvvəlcə bütün Mosul əhalisi İŞİD şəhərə girəndə onlara "xoş gəldin" dedi: "Amma elə ki, İŞİD Yunus, Cərcis və Şit peyğəmbərlərinin məkanlarını partlatdı, onda camaat onlardan uzaqlaşdı, qəzəbləndi. İndi Mosulda fürsət düşən kimi İŞİD-çiləri vurub öldürürlər. Mosulda 7 təşkilat İŞİD-lə bərabər idi, ayrıldılar".

Birlik rəhbəri Mosulda nələrin qadağan olunduğunu açıqlayıb:

"Mosulda belə götürəndə həyat normaldır. Ancaq məmurlara maaş verilmir, mazut yoxdur, siqaret çəkmək yasaqlanıb, qadın salonları bağlanıb.

Qadınlara dar, qısa geyinmək qadağandır. İŞİD üzvləri küçələrdə istədikləri qadının əlindən tutub aparıb özlərinə arvad elan edirlər. Onların içərisində ingilislər, avropalılar - müsəlman olmayanlar var. Hər cür adam var".

Ə.Ərbil kilsələrə, xristianlara toxunmamaq əmri verildiyini vurğulayıb. O, Ərbil-Mosul yolunun bağlı olduğunu da söyləyib.

Tarix
2014.09.01 / 23:27
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla