Yuxarı

Zahid Oruc: “Ən yaxşısı məktəbə getməməkdir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 1 sentyabrda məktəbə gedənlərin ilk dərs günüdür. Artıq 10 ildir ki, bu tarix 15 sentyabrla əvəz edilib. Bir çoxları üçün tarixin yaddaşına gedən bu gün əksəriyyətimizin ilk dərs günüdür.

Bəs bu günü - 1 sentyabrı tanınmışlar necə xatırlayır?

Axar.az siyasətçilərin 1 sentyabr xatirələrini təqdim edir.

"Leyla müəlliməyə görə qaça-qaça gedirdim məktəbə"

Aqil Abbas:

"Birinci sinfə getdiyim məktəbin yerində indi yeni məktəb tikiblər. Yadımdadır, 1-ci sinfə gedəndə 11-cilər məni çiyninə qaldırmışdı, ilk zəngi mən çalmışdım. Daha nə bilərdilər ki, gələcəkdə deputat olacağam?! Həmin zəngi indi də məktəbimizdən asıblar mənim xətrimə. Mən 1-ci sinfə gedəndə latın, kiril əlifbalarını, ərəb dilini bilirdim.

Məktəbə ibtidai sinif müəlliməmi görmək üçün gedirdim. Leyla müəlliməni sevirdim deyə, qaça-qaça gedirdim məktəbə. Heç evə gəlmək istəmirdim. Zəng vurulanda uşaqlar evə qaçırdı, mən Leyla müəllimənin yanına qaçırdım. Elə istəyirdim bütün günü qalım yanında başımı sığallasın.

Əvvəllər hər şey gözəl idi. Bilik gününü də gözəl keçirirdik. İndi nə bilik günü qalıb, nə də bilik. Çox heyf, bu günü 15 sentyabrla əvəz etdilər. Bilmirəm, hansı ağılla ilk dərs gününü 15-nə keçirdilər".

"Məktəbə sevdiyim qıza görə gedirdim"

Ərəstun Oruclu:

"7 yaşıma qədər kənddə böyüdüyümə görə 1-ci sinfə də könülsüz getmişəm. İlk dərs günüm heç yadımdan çıxmaz. Hava bir qədər yağışlı idi deyə,anam başıma toxunma papaq qoymuşdu. O papaq mənə uşaq papağı kimi görünürdü deyə, taxmaq istəmirdim. Elə bilirdim hamı mənə güləcək o papağı taxsam. Ancaq məcbur edib taxdılar başıma. Təsadüfən həmin gün evə gələndə papaq yadımdan çıxıb qaldı partamın altında. Həqiqətən yadımdan çıxmışdı. Ancaq bunu valideynlərimə heç cürə inandıra bilmədim. İlk dərs günümlə bağlı bu xatirə heç vaxt yadımdan çıxmaz. Xüsusilə 3-cü sinifdən sonra məktəb illəri mənim üçün daha da əziz olub. Yay tətillərində səbirsizliklə məktəbin başlamasınıgözləyirdim. Sinfimizdə bir qız var idi, onu görmək üçün can atırdım. Məktəbə getməyi ona görə çox istəyirdim. Hər sentyabrın 1-də məktəbə o qıza görə həvəslə gedirdim. İndi həmin xanım həyat yoldaşımdır.

İlk müəlliməm Validə İbrahimova olub. Sonradan bilmişəm ki, o,Elçin Hüseynbəylinin qohumudur".

"Məktəbdən çıxıb ağlaya-ağlaya evə gəlmişdim"

Fazil Mustafa:

"İlk müəlliməm Məsmə Hacıyeva olub. Həmin il elə müəlliməmizin də ilk iş günü idi. 3-cü sinfə qədər Məsmə müəllimə dərs deyib mənə. İlk dəfə məktəbə getdiyim gün, doğrusu, qətiyyən ağlamamışam, əksinə, hər şey mənə gülməli, maraqlı gəlirdi. Birinci dəfə 2 alanda ağlamışam. Qonşumuzun qızına riyaziyyatdan kömək etmişdim. Müəllimə də bunu görüb dəftərimi əlimdən alıb 2 yazdı mənə. Mən də başa sala bilmədim ki, qonşu qızıdı, necə kömək etməyə bilərəm ki. Elə ilk etirazımı da onda bildirmişəm. Məktəbdən çıxandan ağlaya-ağlaya evə gəlmişdim.

Məktəbin başlamasınıhəmişə səbirsizliklə ona görəgözləyirdim ki, tez gedib uşaqlara yay tətili, pioner düşərgəsində keçirdiyim günlər haqqında danışım".

"Ən yaxşısı məktəbə getməməkdir"

Zahid Oruc:

"Mənim üçün məktəb 3-cü sinifdən başlayıb. İlk iki ilim məktəbə gedişim çox çətin olub. Anam məni iki il ərzində çox çətinliklə məktəbə aparıb. Həmin illər məktəb mənim üçün çox qorxulu, bədheybət yer kimi görünürdü. Elə bilirdim məktəb bir qaladı. Uşaqlar, onların davranışları mənə qəribə gəlirdi, uyğunlaşa bilmirdim. Mənim mövqeyim bu idi ki, ən yaxşısı məktəbə getməməkdi. Düzü, ağlamamışam, ancaq getmək istəməmişəm. Buna baxmayaraq, 3-cü sinifdən başlayaraq sinfimizin əlaçısı olmuşam. Məktəbimizin həyətində meyvə ağacları var idi.Səbirsizliklə həmin ağacların bar verməsini gözləyirdik. Ancaq oxuduğum illər ərzində kitaba çox bağlı biri olmuşam.

1 sentyabr bizim üçün olduqca dəyərli gün idi. Çox arzulayardım ki, indi də bilik günü məhz sentyabrın 1-i qeyd edilsin. Bilik gününü sentyabrın 15-də qeyd etməyimizi olduqca yanlış addım sayıram. Və qəribəsi də odur ki, biz oxuduğumuz illər savadlanmaq istəyənlər çox idi. Bu gün təhsil almaq üçün imkanlar daha geniş olmasına baxmayaraq, oxuyan, oxumaq istəyən çox azdır".

Tarix
2014.09.01 / 22:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla