Yuxarı

Ərdoğanın Bakı səfərində nurçular müzakirə olunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu səfərdə görüşlərin müzakirə mövzusundan biri də Gülən hərəkatı olacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərini şərh edərkən dedi.

Onun sözlərinə görə, Ərdoğanın prezident seçilən kimi ilk səfərini Kıprısın ardınca Bakıya etməsi təsadüfü deyil, burda bir ənənə, siyasi jest məqamı var:

"Ərdoğanın Bakıda müzakirə edəcəyi mövzular çoxdur. Ərdoğan Baş nazir olduğu 12 ildə Azərbaycanla münasibətlərdə böyük məsafə qət edib. İqtisadi-ticari əlaqələr artıb, enerji mübadiləsi genişlənib, yeni qaz anlaşması olan Trans-Anadolu layihəsi reallaşmaq üzrədir və s.

Bu da hər iki ölkə üçün çox önəmlidir. Digər tərəfdən, gələn il Bakı-Tiflis-Qars dəmiryolu işə düşəcək. Bununla da Azərbaycan, yaxud Türkiyədən çıxan qatar birbaşa Avropaya çıxış əldə edəcək... Son illər ərzində hərbi əməkdaşlıq da inkişaf edib. Hərbi sənaye sahəsində birgə istehsal başlayıb.

Bunlarla yanaşı, düşünürəm ki, Ərdoğanın bu səfərində də Gülən hərəkatı ilə mübarizə məsələsi əsas müzakirə mövzusu ola bilər. Çünki xatırlayırsınızsa, Ərdoğan sonuncu səfəri zamanı Bakıya siyahı ilə gəlmişdi. Ərdoğanın səfərindən sonra Gülən hərəkatına bağlı bir çox isimlər dövlət strukturundan uzaqlaşdırıldı. Hansı ki, onlar daha çox şəbəkənin maraqlarından çıxış edirdi. Nurçuların əsas silahı olan məktəblər qapandı".

Siyahı olmayacaq

Ekspertin sözlərinə görə, bu dəfə fikir mübadiləsi də aparılacaq:

"Bu hərəkat əvvəlki tək Ərdoğan üçün çox təhlükəlidir, ona problemlər yaradır; bu hərəkat Ərdoğana görə müxalifətdən də güclüdür. Ərdoğan prezident olacağı dönəmdə bu şəbəkə ilə mübarizəsini davam etdirəcək. Deməli, xarici ölkələrdəki şəbəkəni də neytrallaşdırmağa çalışacaq. Fikrimcə, siyahı olmayacaq. Çünki bu, ötən səfərində reallaşdı. Bu dəfə müzakirələr, görülmüş işlər barədə Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparılacaq".

Tarix
2014.09.01 / 19:01
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla