Yuxarı

Kazaklar qazaxların tarixi düşmənlərinin alayını bərpa edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Luqansk Xalq Respublikasının tərəfində savaşan kazak qvardiyası kalmık könüllülərdən ibarət tarixi "Cunqar alayı"nı formalaşdırmaq və bərpa etməyi qərarlaşdırıblar.

Axar.az-ın Qazaxıstan mediasına istinadən xəbərinə görə, artıq bu istiqamətdə ilkin addımlar atılıb.

Verilən məlumatda deyilir ki, Şimali Qafqazda həyata keçirilən əməliyyatlarda xüsusi təyinatlılar qismində iştirak etmiş Kalmıkiya Muxtar Respublikasından olan könüllülər iki aydan çoxdur Ukraynanın şərqində separatçılara dəstək verirlər. Sözügedən məkandan növbəti dəstələr isə, Rusiya-Ukrayna sərhədini avqustun 25-də - separatçıların Ukrayna ordusuna qarşı əks-hücumu zamanı keçiblər. Hazırda 30–a yaxın etnik kalmıkin qaynar məkanlarda fəal vuruşması barədə faktlar ortadadır.

Xatırladaq ki, tarixdən "Cunqar-kalmık alayı"nın kommunistlərin tərəfində savaşması barədə yetərincə faktlar mövcuddur. Onlar 1920-ci ildə Krım yarımadasında Ağ qvardiyaya qarşı müqavimət göstəriblər. Bu arada sözügedən alayın adının bərpası Qazaxıstan media nümayəndələri və tarixçiləri tərəfindən narahatlıqla qarşılanıb. Tarixdən də məlumdur ki, iki əsirə yaxın müddətdə cunqarlar (kalmıklar) qazaxlara qarşı əsil soyğunçuluq həyata keçiriblər. Çinlilərin fitnəsi ilə qəsəbələr yandırılıb, talan edilib.

Tarix
2014.09.01 / 18:03
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla