Yuxarı

Kadırovçular ukraynalı əsirləri belə təhqir etdilər – Video 18+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlər Ukrayna hərbçilərinin əsl cəhənnəminə çevrilib.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, yüzlərlə öldürülən əsgərdən sonra əsir düşən ukraynalı könüllülər separatçılar və kadırovçu çeçenlər kimi tanınan döyüşçülərin təhqir obyektinə çevriliblər. Sosial şəbəkədə paylaşılan video-süjetdə əsir düşənlər çeçenlərin söyüşünə və bəzi suallarına tuş gəliblər.

Separatçılar bildirib ki, ənənəni pozacaqlar və əsirləri geri qaytarmaq fikrində deyillər. Əlavə ediblər ki, əsir hərbçiləri arxa cəbhədə Ukrayna ordusunun dağıtdığı evlərin, məktəblərin və digər əhəmiyyətli ictimai obyektlərin tikintisinə, bərpasına cəlb edəcəklər.

Kadırovçulardan biri bir qədər də irəli gedərək, çeçenləri təhqir edən və onların üzlərini qırxdıracağına söz verən Doberman ləqəbli gürcü könüllünü də tezliklə ələ keçirəcəklərinə, ona əsil həyat dərsi keçəcəklərinə söz verib.

Təhqir Ukrayna əsgərlərinin hərbi formalarının soyundurulması həddinə qədər davam edib.

Xatırladaq ki, dünən Ukrayna ordusu İlovayski yaxınlığında əsl faciə yaşayıb. Onlar humanitar koridor adlanan məkandan çıxarkən tələyə düşərək, separatçıların gülləbaranı ilə üzləşiblər. Bəzi mənbələrdə ölənlərin sayının 100, digərində isə 500-ə çatdığı deyilir. Yaralanan və əsir düşənlərin sayı barədə isə məlumat tam fərqlidir.

Tarix
2014.09.01 / 01:20
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla