Yuxarı

“AYB-də bəzi kişilər var, onlara bacı deyirəm” - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etirafdan sonra yaşanan rahatlıq heç zaman ələ düşməz. Mənən yüngülləşirsən, içində gəzdirdiyin ağır bir yükdən, acı xatiratdan qurtulursan sanki.

"Sevgi etirafı" layihəmizdə tanınmış insanlarımızın heç kəsə bəlli olmayan məhrəm dünyalarına salırıq güzarımızı. Onların duyğularını, hisslərini səmimi, ilıq söhbətlərlə oxuculara çatdırırıq.

Bu dəfə AYB-nin üzvü, gənc xanım şairə Nəzmiyyə Hicranın sevgi etirafları ilə baş-başa qaldıq.Etiraflarını edəcəyi məkana qızı Damla ilə gəlmişdi.

Mənim ayağım ağır imiş, ailəyə düşərli olmayıb

Söhbətimiz səmimi,lakin kövrək hisslər üstündə quruldu. Çay süfrəsi arxasında ötən günləri vərəqlədik.

- Mən Kəlbəcərdə doğuldum, orada da böyüdüm. Kəndimizin adı Vəngdir. Təzəcə doğulmuşdum, atam qəzaya düşüb dünyasını dəyişdi. Adımı o qoyubmuş. Məni anam boya başa çatdırdı. Atamın ona, onun atama olan sevgisi anamın simasında mənə ünvanlandı. Təzə-təzə yeriməyə, danışmağa başlayırdım ki,atamın anası məni yanına çağırdı. Səni ya Hicran, Ya da Həsrət çağırsınlar, dedi. O, elə bilirdi ki, atamın ölümünə səbəb mənim dünyaya gəlişim olub.Guya ayağım ağır imiş, ailəyə düşərli olmayıb.

Anamı atam öldükdən sonra onun yerinəZənglik Alüminium mədənində işə götürdülər.Maaşı yüksək idi. Məni olduqca yaxşı geyindirərdi.

Uşaqlıqdan sevgi görmüşəm

Uşaq vaxtımdan diqqət çəkmişəm. Müəllimlərim məni çox istəyirdi. Qucaqlarına götürüb "bu nə şirin baladır",- deyərdilər. Körpə idim. Əmim İmran məktəbdə direktor müavini idi. O, həmişə bizə gələr, qardaşının balasını – məni əzizlərdi. Ona deyirdim ki, qoyma məni əzizləsinlər.

8-ci sinfə İstisuda getdim. Müəllimim deyirdi ki,görünür,atan səni çox istəyir. Ona görə yaxşı, bahalı paltarlar alır. Ağlayırdım. Atasızlığı özümə dərd bilirdim. Elə bilirdim ki, bu bir əskiklik, bir günahdır. Uşaqlıqdan sevgi ilə əhatəlnmişəm.

Taxta parçası tapıb vurdum oğlanın başına

Nəzmiyyəni uşaqlıq illərinin əlindən alıram. Gözü yaşlı günlərindən, ürəyi sevgi ilə dolduğu günlərə gətirmək istəyirəm:

- Böyüdün və görünür, bu sevgilər də böyüdü, yetkinlik yaşına çatdın, sevgi məktubları, oğrun baxışlar, arxana düşmək, söz atmaq... Yəqinsənin də gözün kimisə tutubmuş.

- Mənim gözüm heç kəsi tutmamışdı. İlk sevgi məktubunu isə mənə 8-ci sinifdə oxuyanda bir oğlan yazıb göndərmişdi. Fikir vermişdim, tənəffüsdəardımca düşər, baxışlarımızqarşılaşanda göz vurardı. Onun məktubunu heç oxumadım da. Bilmədim heç o mənə olan sevgisini necə izah edib. Onu bildim ki, ucu mismarlı bir taxta parçası tapıb vurdum yazığın başına. Qışqırdı, qan götürdü onu. Adı Xəyyam idi. Həm dərs əlaçısı, həm də tərbiyəli oğlan idi. Sonradan məni məktəbdə görəndə yan qaçırdı. Üz-üzə gəlməkdən çəkinirdi.

Arada qızına işarə edir ki, şəklimizi çəksin. Amma xəyalları İstisuda Xəyyamın başından sifəti boyu axan qanın yanındadır. Yenə də onu "silkələyirəm":

- Yəqin sonralar onu çox xatırladın?

- Yox, heç yadıma da düşmədi. Gözəgəlimli idim. Sabir adlı bir müəllimimiz vardı, qızlardan xəbər göndərmişdiki, o qıza deyin, məktəbli forması geyinsin. Amma sevmək yadıma da düşməzdi, oxumaq istəyirdim. Sevilməyim isə məndən asılı deyildi... Anormallıqdır bəlkə də, sevilməkdən də qorxurdum.

Ehtiraslı xanım təsiri bağışlayıram

Barmaqlarını əllərinin arasında narahat şəkildə oynadır və düz gözümün içinə baxıb:

- Bilirsən, kişilərdən zəhləm gedir... Onlar mənə xoş baxırlar, kompliment deyirlər, bu, heç xoşuma gəlmir.

- Kişiləri niyə qınayırsan ki... Kompliment deyirlərsə, demək, gözəgəlimlisən və günah da səndədir. Bir də axı niyə deməsinlər?

- Düzdür, ehtiraslı xanım təsiri bağışlayıram. Mənə çox deyirlər ki, sən cəlbedicisən. Amma içimdə bu hiss yoxdur. Sevdiyim, sevə bildiyim insandan ötrü ölərəm, canımı qurban verərəm. Hərdən fikirləşirəm ki, niyə gözüm kimi isə tutmur? Bəlkə də özüm-özümə işgəncə verirəm, istəmirəm adım hansısa kişinin yanında hallansın.

Düşünmüşdüm ki, hər kəs həsəd çəkəcək

- Sənə üz tutanlar, ürək açanlar çoxdur, deyəsən.

- Mənim ürəyimdən isə heç kim keçməyib. Çoxları mənə can atır, bezmişəm. Maşını, pulu, vəzifəsi ilə mənim xoşuma gəlməyə çalışanlar var. Ac qalaram, soğan çörək yeyərəm, belə əskilmərəm. Amma mənim ürəyimdən keçərdi ki, kimi isə sevim, vurulum...

- Demək hələ də ürəyin kiminsə həsrətindən çırpınır, gözlərin yol çəkir?

- Yox, heç kəsi gözləmirəm. Arzularım var idi. Düşünmüşdüm ki, hər kəs həyat yoldaşıma həsəd çəkəcək, qibtə edəcək. Arzuladığım olmadı.

Ona sakit qadın lazım idi

- Deyəsən həyat yoldaşınızla aranızdan yel əsir...

- Mən onunla bir məclisdə, yaxud tədbirdə olanda ona mənə görə diqqət edir, söz verirlər. Bilirsən o mənim bacımın qaynıdır. Ona sakit qadın lazım idi. O qazanıb gətirməli, qadını bişirib hazırlamalı idi.

- Demək sən ev qadını ola bilmədin.

- Heç çöl qadını da olmadım... Mehrimi qızım Damlaya salmışam. Hər yerdə bir oluruq. Bizim bütün qayğılarımızı qızımın atası Vüqar çəkir. O, yaxşı atadır. Amma ər kimi... Çox qısqancdır. Onunla analaşa bilmirik.

Yoldaşıma deyirəm, başqası ilə görüş

- Qayğına qalır, uşağını sevir, pul qazanır... Bununla belə, ərin haqda uzaq qohumun kimi danışırsan.

- Yoldaşıma deyirəm, get evlən. Başqası ilə görüş. Yazıqsan, sənin də həyatında qadın olmalıdır axı. Getmir. İnan, görüşsə, həmin qadına hədiyyə də alıb verərəm. Ev tutsun, saxlasın. Evə gətirməsin amma. Qonum-qonşu var, ayıbdır. Amma ona imkan, şərait yaradaram ki, məndən soyusun. Ona görə ki, xasiyyətlərimiz tutmur. Ər-arvad gərək bir-birinə hörmət etsin və bu hörmət içdən gəlsin.

Özünü mənə sevdirə bilmədi

- Diribaş qadınsan, səni qız vaxtından tanıyıram. Necə oldu ki, indi yaşamaq istəmədiyin birisi ilə ailə həyatı qurdun?

- Bu on günün içində oldu. Təzə tanış olmuşduq, nişanlandıq və evləndik. O, nə demişdi, mənə nə söz vermişdi, elədi. Dedi, xanım kimi saxlayaram, sənə maşın alacam, yaxşı evimiz olacaq. Dediyini də etdi. Amma onun qısqanclığı, boş-boşuna söz-söhbət oldu. O özünü mənə sevdirə bilmədi. Elə başa düşdü ki, maddi təminat varsa, hər şey yaxşı olacaq. Yanıldı. Mənə ruhumun qidası gərəkdir, mədəmin yox. Amma ayrılmadım. Düşündüm ki, qadın bir dəfə ərə gedər, bir dəfə ailə qurar. Qohum-əqrəba, bizi istəyən, istəməyən buna necə baxacaq? Can rahatlığımı, duyğumu, hissimi, sabahımı mentalitetə qurban verdim.

- Oxuyanlar səni naşükürlükdə də qınaya bilər.

- Hərdən fikirləşirəm ki, naşükürlük edirəm. İpə-sapa yatmıram.

O məni həm bezdirir, həm də sevir

Bir qədər fikrə gedir. Qızı Damlaya tərəf çevrilir, xeyli baxır, onu fikrindən ayırmıram. Zərif bir ah çəkir, eynən kəpənək qanadının hiss edilməyəcəyi səsi qədər səs gəlir qulağıma və mənə tərəf dönüb əlavə edir:

- Yox e... bu, alın yazısıdır, naşükürlük deyil. O məni bezdirib. Məhəmməd Nərimanoğlu var, öz kəlbəcərlimiz, yaşlı, tanınmış kişidir. Məndən müsahibə götürüb, bu da ona zəng vurub ki, niyə ondan yazırsan? Efirdə oluram, TV-lərə dəvət alıram, çıxıram görürəm, durub qapının ağzında məni gözləyir. O məni həm də sevir...

- Gözəlsən, yaraşıqlısan, kişilərimiz də ki bilirsən də, əksəriyyəti gözəllərdən gözlərinə nə isə toxundurmaq istəyir. O da kişidir və kişi psixologiyasını yaxşı bilir. Həm də qısqanırsa, demək, sevir də...

- Qısqanmasın!

Salaram qapazın altına, döyərəm

- Day mənə niyə hirslənirsən?Ərinə de, səni qısqanmasın da.

Zarafat edib araya şuxluq qatmaq istəyim alınmır. Ürəyindəkiləri diktofonun yaddaşına ötürməklə məşğuldur.

- Bilirsən, mənim həyat yoldaşım yanımda oldu-olmadı, məni heç kəs fikrimdən daşındıra bilməz. Mən ərimin qısqanıb-qısqanmamasınayox, ümumiyyətlə, kimə görəsə yox, özümə görə, öz adıma görə yaşayıram. Mənə bir söz deyəni salaram qapazın altına, döyərəm.

AYB-də elə adamlar var ki mənim şilləmin dadını görüb

- Heç adam döyübsən? – soruşuram. Eyni açılır, üzünə sevinc, gülüş "qonaq gəlir".

- O qədər! Mənə söz atıblar, sevgi elan ediblər, təkliflər ediblər. Şilləni çırpmışam ağızlarına. Mənim əxlaqımı dəyişmək olmaz. Bu təpkilər boş şeydir. Nə ər, nə ata, nə qohum məni yenidən formalaşdıra bilməz. AYB-də, Nəşriyyatda elə adamlar var ki, mənim şilləmin dadını görüb, səsini eşidiblər. Slavyan Universitetində Rüstəm Kamal bir dəfə dedi ki, qadın yazarları ərləri yox, qələm yoldaşları olan kişilər yoldan çıxarıb, bədbəxt edir. Gördü gözünün içinə baxıb razılaşmıram, dedi ki, sənə aid deyil, sən Azərbaycan ədəbiyyatının amazonka şairisən.

- Yəqin o da...

- Yox, sən nə danışırsan, o. yaxşı adamdır, gözüdağınıq deyil sənin kimi...

Həyatımda güvəndiyim kişi olmayıb

- Ay qız, gözdağınıq olduğumu haradan bilirsən?

- Səni tanıyanyazıçılar, jurnalistlərsöz düşəndə belə deyir. Haqqında söz-söhbət gəzir. Hamısı da deyir, deyirlər ki, beləsən.

- Səni aldadırlar. De görüm, indiyə qədər sənə ürəklərini açmaq istəyən nə qədər adam olub?

- Ürəklərini açmaq istəyənləri deyə bilmərəm, açanlar isə onlarladır. Hərdən təəccüblənirəm ki, bu, necə olur. Şairlərin çoxu bir-biri ilə əlaqə saxlayır. Birini şillələyib döyürsən, hamısı xəbər tutur. Hamısına dərs olur.

- Qız, səni qaydasız döyüşə aparmaq lazımdır.

- Bilirsən, həyatımda güvəndiyim kişi olmayıb...

Kim mənimlə sevgi həyatı yaşayıb?

- Sənin həyatında deyəsən, əks cinsdən heç kəs olmayıb axı. Bir həyat yoldaşındır ki, onu da ancaq qohum kimi qəbul edirsən...

-Bax, get məni tanıyanlardan soruş, gör kim mənimlə sevgi həyatı yaşayıb? Hamı "yox" deyəcək.

- Day bu olmadı axı, belə çıxır ki, yerdə qalan xanım yazarlar sevgi macəraları içərisində itib-batıb.

- Yox, elə demirəm. Amma yaşayanlar var da.AYB-də bir nəfər vəzifəli var. Mənə çox kompliment dedi, boş verdim, cavabını qaytardım, əl vermədim. Axırda mənə dedi ki, sən nəyə lazımsan axı, özünü çəkirsən.

İstərdim dərdindən dəli olduğum biri olsun

- Belə çıxır, sən nə ağıllı-başdısevilmisən, nə də sevmisən.

- Açıq deyirəm, istərdim ki, dərdindən dəli-divanə olduğum biri olsun. Ömrümdə bircə dəfə vurulduğum, dərdindən dəli olmaq dərəcəsinə çatdığım olub. Amma o heç bilməyib də. Universitetdə oxuyurduq. O, hərbi fakültənin tələbəsi di. Laçından olan bu oğlanın adı Lənkəran idi. Xırdalanda yaşayırdı. Mənə qızlar onun haqqında xoş şeylər danışırdılar. Fikir verib, bəyənmişdim. Arxamca gəlirdi və bu mənə xoş idi. Bir dəfə də "Sahil" metrosuna gedəndə yolumu dəyişdim. O da tələsik yolu keçmək istəyəndə maşın onu vurdu. 10 gün dərsə gəlmədi. Gözüm onu axtardı. Sağalandan sonra dərsə gəldi. Yenə də imkan vermədim ki, nə isə desin. Demək, bu oğlan məni nə qədər izləsə də, o qədər qaçırdım ondan. Sonra o əsgərliyə getdi. Bir gün anası bizə gəldi. Dedi ki,oktyabrda toy edəcəm. Amma oğlum səndən sarı az qalır hərbi hissəni tərk etsin. Ona yaz ki, belə etməsin. Atası şəkərdi. Halı pis olur. Bilirsən, mən oğlanı sevdiyim halda anasının elçi gəlmədən bu qədər arxayın danışması, toyumun vaxtını təyin etməsi xoşuma gəlmədi. Razılaşmadım.

Bütün kişilərdə qüsur görürəm

- Nəzmiyyə, danışırsan, özünü şən göstərirsən, amma bir boşluğun, yoxluğun içindəsən. Kimi gözləyirsən?

- Heç kim yoxdur. Heç kəsi gözləmirəm. Bütün insanlarda, kişilərdə qüsur görürəm. Hamıda.

- Hamıda?..

- Hə. Hamıda... Amma səndə, açıq deyim, heç bir qüsur görməmişəm. Sənə bir söz də deyim, layihənlə bağlı müsahibə verəcəyimi deyəndə haqqında xoş sözlər demədilər...Şorgözsən, dedilər, amma təmiz adamsan, səndən adama ziyan gəlməz.

Kişi kimi xarakterləri yoxdur

- Ay qız, biz bir-birimizi tərifləmirik ha... gözlərim isə, bəzən qonur, çox vaxt isə mavi olur... şor-zad deyil. Sən özünün qənaətinə söykən, insanlara münasibət bildirəndə...

- AYB-də bəzi kişi şairlər var, sən bilirsən kimləri nəzərdə tuturam, kifayət qədər tanınırlar, onlar arada söz gəzdirir, mən onlara bacı deyirəm, - gülür, sonra da əlavə edir: - Mənə kompliment deyirlər, deyirəm, ay bacı, bəsdir... yəni kişi kimi xarakterləri yoxdur.

- Kimdir onlar, mən bilirəmsə, qoy oxucular da bilsin.

- Yox, lazım deyil, yaxşı şairlərdir, oxucularının gözündən düşməsinlər...

Tarix
2014.08.30 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla