Yuxarı

Kondisionerlərin zərərləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay və qış aylarında vərdiş etdiyimiz kondisionerlərin ziyanı sən demə, xeyrindən heç də az deyilmiş. Söhbət onlardan düzgün istifadə etmədikdə yaranan fəsadlardan gedir. Mütəxəssislər müəyyən edib ki, o halda mikroorqanizmlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə gətirə bilər. O da qeyd edilir ki, təmizlənməyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin sayı artır.

Böyük iş yerlərində yaz-yay aylarında kondisionerdən səhv istifadə nəticəsində iş itkisi də yaşanır. Yaxşı təmizlənməyən kondisionerlərdə ortaya çıxan "Legionella pneumophilia" bakteriyası sətəlcəmə gətirir. Eyni zamanda kondisionerin yaratdığı hərarətlə çöldəki istiliyin kəskin fərqlənməsi nəticəsində (fərq 7-8 dərəcədən artıq olmamalıdır) əzələ tutulmaları, üz iflici (parez) və ağrılar meydana gələ bilər. Kondisionerlərin mənbə olduğu "Legionella" mikrobu təbiətdə, su qaynaqları içərisində və nəmli mühitlər də mövcuddur.

Təbiətdən binaların su sistemləri içərisinə adlayan mikrob müvafiq mühitdə çoxalır və su zərrəcikləri ilə insanların ağ ciyərlərinə daxil olaraq sətəlcəmə səbəb ola bilir. Bu cür hava ilə mütəmadi nəfəs alan adamda 2 -10 gün arasında qızdırma, halsızlıq, əzələ ağrıları, iştahasızlıq, baş ağrısı kimi əlamətlər ortaya çıxır. Ancaq əksəriyyətində ilk diqqəti çəkən əlamət öskürəkdir.

Tarix
2014.08.30 / 02:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla