Yuxarı

Tutulan İŞİD-çilərin dəhşət doğuran etirafları - 18+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq Müdafiə Birliyi (YPG) tərəfindən bir müddət əvvəl tutulan İŞİD terrorçularının dedikləri hamını heyrətə salıb.

Axar.az xəbər verir ki, dünən axşam Stern televiziyasında yayımlanan sənədli filmdə bu barədə məlumat verilib.

Sənədli filmdə İŞİD-in ən böyük silahının dəhşət və qorxu yaratmaq olduğunu bildirən terrorçularMosulu işğal edərkən hər kəsi atəşə tutduqlarını, dini, dili, etnik mənsubiyyəti, yaş və cinsiyyətinə fərq qoyulmadan hər kəsi edam etdiklərini, baş kəsmələr, təcavüz, diri-diri insanları basdırmaq kimi vəhşiliklər törətdiklərini etiraf ediblər.

Radikal qrup özləri haqqında qorxu və dəhşət yaratmaq üçün reallaşdırdıqları qırğınları video görüntülərlə yaxın media orqanlarına ötürürmüşlər.

Daha sonra sənədli filmdə İraqın Rojava əyalətində YPG qüvvələri tərəfindən əsir götürülən 20-yə yaxın şəbəkə üzvünün etirafları yer alır.

Şerko Xeredin Sileman adlı terrorçu Mosulun işğalından sonra Şenqal dağı yaxınlığında terrorçularla kürdlər arasında razılıq əldə olunduğunu bildirib.

Amma iş burasındadır ki, əsir danışdığı zaman İŞİD Şenqala hücum etməmişdi.

Onun sözlərinə görə, İŞİD İraq Kürdüstani rəhbərliyi ilə Şenqal mövzusunda razılaşıb: "İki tərəf arasında razılıq oldu. İraq Kürdüstani (Cənubi Kürdüstan) rəhbərliyi ilə İŞİD razılaşdı. İttifaq bağladıq. Bilirsiniz, İraq Kürdüstanı "Şenqal bizimdir" deyir. Razılaşdıq, sizin olsun, dedik. Fikirləşdik ki, Şenqalı onlara verək. Nə onlar bizə qarışsın, nə də biz onlara".

Sənədli filmdə ən diqqət çəkən məqam terrorçuların özlərini təqdim edərkən adları ilə bərabər təşkilata üzvlük və nikah nömrələrini deməsidir.

Məsələn, proqramda danışan Silemanın üzvlüknömrəsi 333, nikah nömrəsi isə 583-dür.

Abbas Əbu əl-Əmr kodu ilə Miheməd Səbah Həbəş adlı terrorçu üzvlük nömrəsinin 500, nikah nömrəsinin isə 400 olduğunu bildirib.

Başqa bir terrorçu Əbdülkərim İbrahim Bazo üzvlük nömrəsinin 19, nikah nömrəsinin 5 olduğunu deyib.

Bunların nə demək olduğunu soruşanda terrorçular "Nikah" deyərkən təcavüzün nəzərdə tutulduğunu izah edib.

Terrorçuların sözlərinə görə, radikal qruplar şantaj edərək tərəfdarlarının sayını çoxaldır.

Sənədli filmdə adı çəkilməyən terrorçu təcavüzlə bağlı bunları deyib:

"Sileman (həmin terrorçu da əsir götürülənlər arasındadır-red) adlı təşkilat üzvü məni Cem Çelek kəndinə apardı. Burada Hacı Nevaf Mele Mahmud tərəfindən "nikah" reallaşdı. Gözlərimi bağladılar və məni başqa bir otağa apardılar. Burada mənə təcavüz etdilər. Sonra məni evə buraxdılar. Təxminən 15 gündən sonra bizə gəldilər və İŞİD-ə üzv olacağımı dedilər. İstəmirdim. Ancaq əllərində video görüntülər var idi. Təşkilata üzv olmasam,mənə görüntüləri ailəmə göstərəcəklərini dedilər".

Əbu Quteybə olaraq bilinən Əhəmd Hisen isə başına gələnləri belə nəql edib: "Mən Malikiyədənəm. Bir müddət əvvəl Sileman adlı təşkilat üzvü İŞİD-ə qoşulmağımı mənə təklif etdi. Mən isə yeni evli olduğumu və belə işlərə qoşulmaq istəmədiyimi dedim. Sonra iki nəfər məni qaçırtdı. Əllərimi bağladılar və burnuma nəsə toxundurdular. Özümdən getdim. Gözlərimi açanda çox pis bir qoxunun gəldiyi otaqda olduğumu hiss etdim. Nə etsəm də məni buraxmadılar. Bir neçə dəqiqə keçdikdən sonra 5 nəfər maskalı qarşımda dayandı. İŞİD-ə qoşulmaq üçün bir daha təklif etdilər. Rədd etdim. Bu dəfə işgəncəyə başladılar. Mənə təcavüz etdilər. Bədənimdə siqaret söndürürdülər. Heç Quantanamoda iraqlılara belə işgəncə verilməmişdi. Sonra məni otaqdan çölə çıxardılar. Nikahsız heç kimin İŞİD-ə qoşulmadığını mənə dedilər. Onlar təcavüzə "nikah" deyirdilər. Daha sonra çox əcaib ayələr oxudular. Onlar ayələri oxuduqca gözümün önünə başı kəsilmiş insanlar gəlirdi".

Başqa bir terrorçu isə təşkilat tərəfindən dərslər təşkil olunduğunu deyib:

"Bizə demək olar ki, hər gün dərslər keçirilirdi. Əsasən,kürdlərin kafir olduğunu deyirdilər. Bizə kürdləri öldürün və Dəclə çayına atın, deyirdilər. Onlar müsəlman deyil, kafirdir, öldürülmələri caizdir".

Tarix
2014.08.30 / 01:52
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla