Yuxarı

UEFA Qarabağı ermənilərə verdi? - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində dünən keçirilən "Tvente" –"Qarabağ" oyunundan sonra UEFA ərazi bütövlüyümüzü təhrif edib.

Axar.az-ın məlumatına görə, Avropanın futbol qurumunun mərhələnin qalibi olan klubumuzla bağlı məlumatı sosial şəbəkələrdə müzakirə predmeti olub və Avropa mediasında gedən xəbərlərdə işlədilən "Azerbaijani side Qarabağ FK" ifadəsini "Azərbaycan tərəfinin"Qarabağ" futbol klubu" olaraq tərcümə edənlər bunu ölkəmizə qarşı təxribat kimi qiymətləndiriblər.

Əslində, ifadə necədir?

İngilis dili mütəxəssisi Sevil Gültən bildirdi ki, "Azerbaijani side Qarabağ FK" ifadəsinə, kontekstdən çıxararaq, siyasi çalar vermək doğru deyil. Cümlənin yükü "Azərbaycan tərəfindən komandanın adı "Qarabağ"dır mənasında işlənib. Yəni oynayan iki tərəfdən biri Azərbaycandır (tutaq ki, Hollandiya tərəfdən də "Tvente"). Eyni qaydada "Şuşa" komandası da demək olardı. Tərcüməçi onu da qeyd etdi ki, bu cümlə ingilis dilinin canlı danışığına daha yaxın ifadədir.

Sosial şəbəkədə gedən bu müzakirə ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) da cavabını aldıq. Qurumdan bildirdilər ki, müzakirələrdən xəbərsizdilər:

"Məsələni araşdıracağıq. Əgər belə bir hal varsa, dərhal reaksiya veriləcək və UEFA-ya rəsmi müraciət ediləcək".

Tarix
2014.08.29 / 21:03
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla