Yuxarı

NATO: “Rusiya aylardır ki, bu planı hazırlayırdı…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Anders Foq Rasmussen Rusiyadan Ukraynada apardığı hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib.

Axar.az xəbər verir ki, Baş katib Rusiyanın "içi boş" inkarını dünya ölkələrindən gizlədə bilməyəcəyini deyib: "Rusiya Ukraynadakı qeyri-qanuni hərbi əməliyyatlarını dərhal dayandırmalıdır. Bu, müstəqil ölkənin suverenliyini təhlükə altına qoymaq deməkdir".

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra rəsmi Kiyevin tələbi ilə fövqəladə toplantıda danışan Rasmussen Rusiyaya məxsus ağır artilleriyanın və canlı qüvvənin Ukraynanın şərq və cənub-şərqində sərhədi keçərək irəlilədiyini təsdiq edib.

O, Rusiyanın bu addımının planlı şəkildə olduğunu qeyd edib: "Bu,inkar oluna bilməz. Bu addım Ukraynanın müstəqilliyini şübhə altına alır. Rusiya aylardır ki, bu plan üzərində işləyirdi. Hazırda gördüyümüz hadisələr Rusiyanın planının bir hissəsidir".

Minlərlə rus əsgərinin Ukrayna sərhədində toplandığını deyən Rasmussen Rusiyanın atdığı addımların NATO ölkələri tərəfindən sərt bir şəkildə qınanıldığını vurğulayıb: "Mövcud vəziyyət Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün aşkar pozulmasının göstəricisidir. Rusiyanın beynəlxalq öhdəliklərini davamlı olaraq heçə saymasını ən güclü ifadələrlə qınayırıq".

Tarix
2014.08.29 / 20:29
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla