Yuxarı

Bakıda dəhşətli qəza anı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Bakıda baş vermiş dəhşətli qəzanın videosu yayılıb.

Avtosfer.az saytı xəbər verir ki, qəza avqust ayının 9-da Nəcəfqulu Rəfiyev küçəsində baş verib. AMAY ticarət mərkəzi istiqamətində "Şacman" markalı, 90 BU 828 dövlət nömrə nişanlı yük maşını 30 nömrəli marşrutda işləyən 10 TG 336 nömrə nişanlı avtobusa arxadan çırpılıb. Zərbənin təsirindən avtobus yolda olan "Hunday Sonata", "Mersedes" və "Mitsubişi" markalı üç maşını əzib.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı fikirlərini açıqlayıb:

"Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu "ağıllı" sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığamaqda olan yük avtomobilini görüb, dayanmazdı.

Amma yük avtomobilinin sürücüsü də öz intizamsızlığı ilə seçilir. Bu sürücü ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.

Tarix
2014.08.29 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla