Yuxarı

Diaspor təşkilatımız pulsuzluq üzündən bağlanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi maliyyə problemlər ilə bağlı bağlanmaq təhlükəsiylə qarşı-qarşıyadır. Modern.az-ın məlumatına görə, bu barədə Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Alman-Azərbaycan Mədəniyyət Evi ötən ilin martından fəaliyyətə başlasa da az vaxt içərisində Avropada çox önəmli tədbirlərə imza atıb. Azərbaycan mədəniyyətinin, incəsənətinin Avropada tanıdılması və orada yaşayan soydaşlarımızın milli mədəni irsimizdən uzaq düşməmələri istiqamətində fəaliyyət göstərib, orada yaşayan soydaşlarımıza hüquqi yardımlar edib.

Bundan başqa xalqımızın haqlı səsini də dünya ictmaiyyətinə və beynəlxalq qurumlara çatdırılması istiqamətində xeyli işlər görən təşkilat yaranmış maliyyə çətinliyinin öhdəsindən gələ bilməməsi ilə bağlı açıqlama yayıb.

Bu diaspor təşkilatı bununla bağlı Avropada yaşayan soydaşlarımıza müraciət edərək bu çətinliyin öhdəsindən birgə gəlmək üçün birlik və dəstək istəyib.

Rəşad Quliyev təcili tədbirlər görülməsə, hazırda yürüdülməkdə olan bir çox layihələrin də yarımçıq qalacağını bildirib:

"Alman-Azərbaycan Mədəniyyət Evi Avropada erməni diasporasının qarşısında duran ən böyük ictimai qurumdur. Kölnün mərkəzində tutulan ofisin ve indiyə qədər görülməkdə olan işlərin maliyyə xərclərini burda yaşayan soydaşlarımız öz hesablarına qarşılayıblar. "Xocalı Soyqırımı", "20 Yanvar faciəsi", Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı indiyə qədər keçirdiyimiz onlarla konfranslar, seminarlar, yürüyüş ve mitinqlər, sərgilərin təşkilatçılığını buradakı soydaşlarımız həyata keçirib və heç bir kənar dəstək almamişiq. Bu günə qədər təşkilatımız fəaliyyətini Almaniyada yaşayan fədəkar insanlarımızın dəstəyi ilə həyata keçirib, amma davamlı ianə verən üzvlərimiz azdır. Bu da ofis və layihə xərclərini qarşılamır. Odur ki, təcili tədbirlər görülməyəcəyi halda təəssüf ki, indiyə qədər gördüyümüz işlər də bundan sonrakı layihələrimiz də yarımçıq qala bilər".

Tarix
2014.08.29 / 15:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla