Yuxarı

BMT nümayəndəsi ABŞ-a “ambisiyalarını azalt” dedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

RF-in BMT yanında daimi nümayəndəsi Çurkin BMT-nin 28 avqustda keçirilən Ukraynadakı vəziyyətə dair iclasında Vaşinqtonu öz geosiyasi ambisiyalarını bir qədər azaltmağa və suveren dövlətlərin işinə qarışmamağa çağırıb.

Axar.az İTAR-TASS agentliyinə istinadən bildirir ki, Çurkin öz nitqində təmsil etdiyi dövlətin mövqeyini bildirərək deyib: "Mən Vaşinqtona müraciət etmək istərdim: suveren dövlətlərin işlərinə qarışmaqdan əl çəkin. Xoşagəlməz şərait yaratmaqdan əl çəkin. Öz geosiyasi ambisiyalarınızı bir qədər azaldın. Onda təkcə Rusiyanın qonşuları deyil, dünyanın bir çox digər ölkələri də azad nəfəs alarlar".

RF səlahiyyətlisi ABŞ-ı Ukrayna Müdafiə və təhlükəsizlik şurasının binasındakı onlarla amerikalı məsləhətçinin nə ilə məşğul olduqlarından, Ukrayna hərbçilərinin ən yeni Amerika silahları ilə təchiz edildiyindən, nə qədər Amerika muzdlularının öz sahillərindən minlərlə km uzaqlarda döyüşdüyündən danışmağa çağırıb.

Çurkin həmçinin, Malayziya təyyarəsi ətrafındakı şayiələrə son qoymağı tələb edib. O, Kiyevi Ukrayna aviadispetçerlərinin avialaynerə yönlənmiş danışıqlarını yayımlamağa çağırıb.

Tarix
2014.08.29 / 14:17
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla