Yuxarı

Mehriban Əliyeva kor edilən uşağı himayəsinə aldı - Yeniləndi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:30

Həkim səhlənkarlığının növbəti qurbanı olan 6 aylıq körpənin görmə qabiliyyətində ciddi problemlər yaranıb.

Bu barədə Axar.az-a körpənin valideynləri məlumat veriblər.

Qeyd edək ki, hazırda çətin vəziyyətdə olan ailə üzvləri həkimsəhlənkarlığı səbəbindən görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşən körpələri üçün kömək istəyirlər. Ailə üzlərinin sözlərinə görə, övladları -Əlizadə Azər Ruslan oğlu 2014-cü ilin fevral ayında vaxtından tez, 7 aylıq döl müddətində dünyaya gəlib.

Paytaxtda fəaliyyət göstərən "Medilyuks" Tibb Mərkəzində normal doğuşla dünyaya gələn körpə bəlli səbəbdən bir müddət küvetdə qalmalı olur. 7 aylıq doğulmasına baxmayaraq, sağlam görünən körpə ailəsinə verilən zaman gözlərində qəribə şişlər meydana gəlib.

Ailə üzvləri problemin klinikanın həkimlərinin günahı ucbatından ortaya çıxıdığını vurğulayır:

"Sol gözü həddindən artıq pis vəziyyətdədir. Demək olar ki, görmür. Xəstəxanadan buraxılan zamanı həkimlər bizi əmin etdilər ki, körpənin gözündəki şişlər iki həftə ərzində yox olacaq və burada onun sağlamlığı üçün qorxulu heç nə yoxdur".

Diqqətə çatdıraq ki, vəziyyətdən narahat olan valideynlər körpəni başqa pediatora göstərməyə qərar veriblər. Müayinə acınacaqlı nəticəni ortaya çıxarıb. Həkimlər körpənin təcili şəkildə Türkiyəyə aparılmasını məsləhət görüblər. Valideynlər belə də ediblər, körpə Türkiyəyə aparılıb. Lakin analizlər ailə üzvlərini pərişan edib, uşağın sol gözünün görmədiyi aydınlaşıb. NicatkörpəninAlmaniyada əməliyyatedilməsində axtarılıb. Əməliyyatxərcləri isə 25 min avro dəyərində qiymətləndirilib.

Bu arada "Medilyuks" klinikasının həkimləri körpənin gözündəki qüsurun onlarla heç bir əlaqəsinin olmadığını bildiriblər və əməliyyat üçün köməklik göstərməkdən imtina ediblər. Lakin Türkiyədə müayinə zamanıkörpənin gözündə yaranmış problemin həkimlərin məsuliyyətsizliyi və günahı ucbatından baş verdiyi bildirilib.

Nəzərə çatdıraq ki, ailə olduqca çətin bir vəziyyətdədir və yeganə övladlarının ömürlük əlil qalmaması üçün yardım istəyirlər. 6 aylıq Azər ailənin ilk və tək övladıdır. Körpənin valideynlərinin səhhəti ilə əlaqədar onların növbəti dəfə uşaq sahibi olmaq şansları yoxdur. Bu səbəbdən onlar imkanı olan şəxslərdən kömək istəyir.

Köməklik göstərmək istəyənlər (055) 609 22 40(Nigar Əlizadə), 070 296 96 00 (Ruslan Əlizadə) nömrələri ilə əlaqə saxlaya bilər.

***

10:03

Heydər Əliyev Fondu 5 aylıq Azər Əlizadənin müalicəsini öz üzərinə götürüb.

ANS-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondunun nümayəndələri bu gün A.Əlizadənin atası Ruslan Əlizadə ilə görüşərək uşağın səhhəti, bu vaxtadək aparılmış müayinələrin nəticəsi ilə maraqlanıblar.

Tarix
2014.08.29 / 10:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla