Yuxarı

Geraşenko: "Rusiya Ukraynanı iki səbəbə işğal edir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşenko Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə qoşun yeritməsinin şok səbəblərini açıqlayıb.

Axar.az xəbər verir ki, o bu barədə Feysbuk səhifəsində geniş açıqlama yerləşdirib.

Geraşenkonun sözlərinə görə, Kremlin Ukraynaya qoşun yeritməsinin məhz dünənə təsadüf etməsi səbəbsiz deyil:

"Putin ordusunun Ukraynaya hücum etməsi artıq baş tutmuş bir faktdır. Faktiki olaraq, Putin Ukraynanı hərbi vəziyyətə gətirir. O, bunu xüsusi olaraq həyata keçirir. İşğal o vaxta təsadüf etdi ki, Ukrayna Prezidenti Pyotr Poroşenko Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı bir gün öncə xüsusi fərman imzaladı. Bu nə deməkdir? Bu o deməkdir ki, hüquqi baxımdan Poroşenko ölkədə hərbi vəziyyət elan edə bilməz. Bəzi analitiklər və vətəndaşlarımız Ukrayna dövlət başçısının iki məsələni: ölkədə hərbi vəziyyətin elan olunması və Avropa Birliyi ilə bir müddət öncə imzalanmış assosiasiya müqaviləsini bu vaxta qədər parlamentin müzakirəsinə çıxarmamasını çox böyük təəccüblə qarşılayırdılar. Ancaq Poroşenkonun bu mövqeyində nə qədər strateji olduğunu indi görmək mümkündür. Çünki o, hər iki məsələnin parlamentdən keçməyəcəyini gözəl anlayırdı. Müəyyənləşdirilsə, Ali Radada cəmi 170-180 vətənpərvər deputata rast gəlinər. Qalanları ya kommunistlər, ya da Yanukoviç ailəsinə yaxın parlament üzvləridir. Görünür, parlamentin buraxılması Putinin ürəyincə olmayıb və güc yoluna əl atmağı məqbul sayıb".

Geraşenko diqqətə çatdırıb ki, hər iki sənədin səsvermədən keçməməsi üçün Putin milyonlardan keçməyə hazır idi. O əlavə edib ki, Putinin avantürası tezliklə onun özünə qarşı yönələcək:

"Putin hazırda Hitlerin yolunu gedir. O vaxt Hitler də Almaniya parlamentinin qərarı olmadan qonşularına hücum çəkdi. Putin də Federal Şuranın icazəsi olmadan Ukraynaya qoşun yeritdi. O, bu gün özünü qalib kimi hiss edə bilər, amma unutmasın ki, o qalib yox, məğlub olmuş şəxsdir".

Tarix
2014.08.28 / 14:34
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla