Yuxarı

Avropaya növbəti addım: SOCAR 2 şirkət yaratdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkəti "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində iki şirkət yaradıb.

Axar.az xəbər verir ki, şirkətlər 24 iyulda təsis edilib, Vergilər Nazirliyi rəsmi informasiyanı 20 avqustda "Vergilər"qəzetinin xüsusi buraxılışında verib.

"Turan"ın məlumatına görə, hər iki şirkət ("SOCAR Upstream Management İnternatilonal" və "SOCAR Midstream Operations") SOCAR-ın mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.

Xatırladaq ki, bu ilin fevralında "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün "Cənub Qaz Dəhlizi" QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz).

Tarix
2014.08.27 / 20:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla