Yuxarı

Bütün zamanların 100 ən böyük qadınından birinin varisləri

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxsaylı sorğular bütün zamanların və xalqların 100 ən böyük qadınından biri kimi isveç yazıçısı Astrid Linqrenin adını qeyd edir. O, uşaq ədəbiyyatının tamamilə yeni növünü yaradıb. Yazıçının bənzərsizliyi ondadır ki, "Balaca və Karlson", "Peppi Uzun corab", "Rasmusa-avaralar", "Məşhur xəfiyyə Kall Blümkvist" hekayələri əfsanəvi şahlıq-səltənətlərdə deyil, bizimlə yanaşı dünyalarda, adi şəhərlərdə və adi insanlar arasında baş verir. Bundan əlavə, məhz Linqren yazıçılar arasında ilk dəfə olaraq uşaqların şəxsiyyət olmaq hüquqlarını, başqa sözlə, böyüklərin standart aləmləri altında sıraya düzülməyib dəcəllik etmək, fantaziyaçı, xəyalpərəst olmaq və yalan-palan əhvalatlar quraşdırmaq haqlarını tanıdı.

Astrid Anna Emili Erikssonun (ərlik familiyası Lindqren) (1907-2002) tərcümeyi-halı qiymətli mənbələr əsasında dəfələrə yazılıb və onları təkrarlamağın heç bir mənası yoxdur. Məlumdur ki, yazıçının iki övladı olub. Oğlu Lars dünyaya gələndə cəmi 18 yaşı var idi və ərdə deyildi. Bu, Astridin doğma patriarxal şəhəri Vimmerbyüdə böyük qalmaqal törədir, odur ki, Stokholma köçməli və birtəhər dolanmalı olur. Oğlunu isə Danimarkada bir ailəyə oğulluğa verir. Bu qərara çox çətinliklə gəlsə də, başqa çıxış yolu yox idi. Katibə kimi işə düzəldikdən sonra öz müdiri Stur Linqrenə ərə gedir, oğlunu geri götürür və qızı Karini dünyaya gətirir. Xoşbəxt sonluq? Heç də yox. Astrid oğlundan ayrı keçirdiyi bu dörd ili heç vaxt özünə bağışlamadı.

"Mən heç vaxt sözün adi mənasında vurulmamışdım, - müsahibələrinin birində deyirdi. – Mənim üçün uşaqlara olan məhəbbət həmişə kişilərə olan məhəbbətdən qat-qat üstün olub". Sevgi onun üçün ilk növbədə qayğı demək idi – bəs uşaqlardan daha çox qayğıya ehtiyacı olan varmı?

"O, parkda skamyada oturub oynayan uşaqlarını seyr edən analardan deyildi. Astrid özü bütün oyunlarda iştirak etməli idi və düzünü desəm, bu onun heç də məndən az xoşuna gəlmirdi!" – anasını çox sevən və onunla fəxr edən oğlu Lars sonralar belə xatırlayır. Qohumlarının söylədiyinə görə, Astrid həyatda da əsl nağılbaz idi. O, uşaqlar üçün təkcə kitab yazmırdı, həm də tez-tez uşaqlara və dostlarına qoşulub məmnuniyyətlə onlarla oynayırdı. Tükənməz xəyallar mənbəyi olan, haylı-küylü və şən yazıçı həmişə dərhal uşaq və böyük cəmiyyətinin diqqət mərkəzinə çevrilirdi. Bununla belə, həyatının sonuna kimi çox geniş miqyasda məşhur olduğuna heç vaxt inanmadı.

Bir qədər sonra İsveçrədə ona "İlin adamı" titutlu veriləndə Astrid deyəcək: "Məncə, siz nəyisə dolaşıq salmısınız. Məni, qulağı eşitməyən, gözləri görməyən, demək olar ki, ağlı azalmış qoca qarını ilin adamı seçmisiniz. Məsləhət bilirəm, gələcəkdə daha diqqətli olasınız – elə edin ki, bu barədə geniş ictimaiyyət xəbər tutmasın!"

Təəssüf ki, Astrid oğlunun ölümünü görür. Qızı Karin Nüman isə tərcüməçidir və hazırda 80 yaşındadır. Astridin 7 nəvəsi var, onlardan heç biri ədəbi fəaliyyətlə məşğul deyil: mühəndis, hüquqşünas, iqtisadçı, menecer kimi fəaliyyət göstərirlər. Nəvələr artıq özləri də valideyndirlər. Belə ki, uşaq yazıçısının 19 nəticəsi var. 1940-cı illərin əvvəllərində Astrid özünün birinci kitabını nəşr etdirəndə, çətin ki, kimsə bunun yaxşı biznesə çevriləcəyini güman edirdi. Yazıçı əvvəllər ədəbi hüquqları özü təkcə, sonralar isə köməkçisi Kerstin Kvintin köməkliyi ilə idarə edirdi.

Altmışıncı illərin sonlarında yazıçının kino və teatral hüquqlarının qorunması üçün "Üç Lindqren" adlı şirkətin əsası qoyulur. Şirkətin adı sadəcə şirətin yaradılmasında iştirak edən Lindqren soy adlı üç nəfərin – Astrid Lindqren, oğlu Lars və gəlini – olması ilə bağlı idi. Sonradan, 1998-ci ildə yazıçı ədəbi hüquqların da şirkətə keçirilməsini qərara alır. Astrid Lindqrenin kitablarından birinin adını almış "Saltkrakan Seacrow Island" şirkəti belə yaranır. Bir qədər sonra bu iki şirkət birləşir, hazırda Astrid Lindqrenin varislərinə məxsus bir – "Saltrokan" (Saltkråkan) şirkət var.

"Saltrokan" böyük biznez strukturudur. 89 dilə tərcümə edilmiş 90-dan çox əsərin hüquqları fondun idərəsindədir. Şirkətin törəmə müəssisələri də mövcuddur.

"Astrid Lindqren çox diqqətlə izləyirdi ki, onun kitablarını eşələməsinlər, onlara başdansovdu yanaşmasınlar. Bizim vəzifəmiz Astridin yaratdığı obrazların təhrif edilməsinin və onun yazıçının iradəsinə zidd məqsədlərlə istifadə edilməsinin qarşısını almaqdır", - nəvəsi Nils Nüman izah edir. Beləliklə, varislərinin fikrincə, bir çox yeni dəbli əşyalar yazıçının məramına uyğun gəlmir. "Saltrokan" çox tez-tez disk, film və televeriliş istehsalçıları ilə məhkəmələrdə görüşməli olur. Mal nişanları da çox böyük gəlir gətirir. Əlbəttə, bu da təbiidir, yəqin ki, uşaq malları istehsal edən bütün müəssisələr öz məhsullaarına, məsələn, oyuncaqlara "Karlson", "Düyməcik" adlarını qoymağı çox istəyirlər.

Tarix
2014.08.02 / 08:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla