Yuxarı

İraqda hər gün 5 azərbaycanlı körpə ölür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Parlamentinin türkman Millət vəkili Həsən Özmən hər gün 5 türkman körpəsinin öldüyünü bildirib.

Axar.az xəbər verir ki, millət vəkili İŞİD terror təşkilatının hücumları nəticəsində 300 min türkmanın yurdunu tərk etmək məcburiyyətində qaldığını deyib.

500 türkmanın İŞİD tərəfindən öldürüldüyünü bildirən millət vəkili düşərgələrdə yaşayan türkmanların vəziyyətinin pis olduğunu, ərzaq, dərman çatışmazlığı yaşandığını və hər gün itkilərin daha da çoxaldığını deyib. Onun sözlərinə görə, indiyədək 300-dən artıq azyaşlı ölüb: "Qeyri-hökumət təşkilatlarının hesabatına görə, 300 türkman körpəsi həlak olub. Hər gün ortalama 5 körpə həyatla vidalaşır".

Göndərilən yardımların ünvana yetişmədiyini deyən millət vəkili "Türkmanların İraqdakı vəziyyəti, ürək infarktı keçirməkdə olan xəstəyə aspirin verilməsi kimidir. Yardımlar qeyri-kafidir. Dərman, yemək yoxdur. Hər gün onlarla insan aclıqdan, xəstəlikdən ölür", - deyə bildirib.

Türkmanların İraqda yaşadıqları coğrafiyanı itirdiklərini, aparılan siyasət nəticəsində pərən-pərən salındığını deyən Həsən Özmən Türkiyənin təşəbbüsü ilə təhlükəsiz bölgə yaradılmasının vacib olduğunu bildirib:

"1991-ci ildə İraqda Səddam Hüseynin zülmündən qaçan insanlar üçün etibarlı bölgə yaradılmışdı. Artıq bu təcrübə var. Türkmanlar üçün də belə bir bölgə yaradılmalıdır. 5 aprel 1991-ci ildə BMT-nin qəbul etdiyi qərara baxsanız, görərsiniz ki, Türkiyə və İranın tələbi ilə etibarlı bölgə təsis edilmişdi. Bunun nəticəsində hər iki ölkəyə immiqrant getmişdi. Bunu indi də etmək olar".

Tarix
2014.08.02 / 09:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla