Konfrans Liqası: "Fənər” “Olimpiakos” səddinə ilişdi
02:00
Ana səhifə Planet |
Misir İsrail və Fələstindən nümayəndə heyətlərini Qahirəyə göndərmələri üçün çağırış edib.
Axar.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilib:
"İsrail və Fələstin rəhbərliyinə təklif edilən atəşkəs çərçivəsində ortaq əhəmiyyətə malik bütün məsələlərin ələ alınması üçün nümayəndə heyətlərini Qahirəyə göndərməyə çağırırıq".
Məsələyə qarşı tərəfdən də reaksiya gəlib. HƏMAS sözçüsü Fəvzi Bərhum bildirib ki, hazırda Qahirəyə göndəriləcək fələstinli heyət üçün hazırlıq işləri görülür: "Qahirəyə hələ hər hansı heyət göndərilməyib. Lakin HƏMAS, İslami Cihad Hərəkati və Fələstin Qurtuluş Təşkilatından yaradılacaq heyət üçün lazımi hazırlıqlar həyata keçirilməkdədir".
Tarix
2014.08.02 / 03:30
|
Müəllif
Nigar Məmmədova
|