Yuxarı

Messi İsrailə 1 milyon pul ayırıbmı? – Araşdırma/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən KİV-də Qərb mətbuatına istinadən Argentina millisi və "Barselona"nın ulduzu Lionel Messinin İsrail ordusuna 1 milyon avro ayırdığı barədə məlumatlar yayılmışdı.

Axar.az xəbər verir ki, bu iddiaların doğru məlumat kimi sürətlə yayılmasına səbəb Messinin bu mövzuda heç bir açıqlama verməməsi olub.

Bəzi Amerika və İngilis xəbər saytlarında isə məsələ tam başqa cür şərh olunur. Onların xəbərlərinə görə, Messi bu pulları 2013-cü ildə İsrailə səfəri zamanı israillilərə "Dünya Kubokunda finala çıxsam, sizə 1 milyon avro verəcəyəm", - dediyi üçün ayırıb.

Qeyd edək ki, Messinin 2007-ci ildə yaratdığı uşaqların təhsil və sağlamlığını təmin etmək üçün yaradılmış "Lionel Messi" xeyriyyə təşkilatı 2013-cü ildə suriyalı uşaqlara 130.000 dollar pul ayırıb. Messi 2010-cu ildə UNİCEF-in xoşməramlı səfiri seçilib.

Xatırladaq ki, 2013-ci ildə Messi "Barselona" klubu ilə birlikdə İsraildə səfərdə olub. O vaxt İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşən futbolçu bu sözləri deyib: "Əgər Dünya Çempionatında finala çıxsam, sülh və təhlükəsizlik şəraitində yaxşı futbol oyunları görmək üçün sizin fan bazaya 1 milyon ödəyəcəm". Netanyahu da öz növbəsində Messinin iştirak etdiyi bütün matçları izlədiyini deyib:

"Sizi hər zaman izləyirəm. Qazandığınız bütün qələbə sevinclərinə şərikik. Bu pullar bizim iqtisadiyyatın və sülhün inkişafına kömək edəcək". Xəbərlərdə futbolçunun yəhudi olduğunu isbat etmək üçün yayımlanan Messinin yəhudi hahamı ilə birlikdə çəkdirdiyi şəkil də İsrailə səfəri zamanı II dünya müharibəsində baş verən Holokost faciəsinin qurbanlarının şərəfinə inşa edilmiş "Ağlama divarı"nı ziyarət edərkən çəkilib.

Tarix
2014.08.02 / 02:22
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla