Ana səhifə Planet |
"TRT onun özəl kanalı kimi işləməyə davam edir. Haqqımız TRT-nin səlahiyyətli nümayəndələrinə haram olsun, gec-tez hesab verəcəksiniz".
Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə kürd əsilli prezidentliyə namizəd Səlahəddin Dəmirtaş Tvitter sosial şəbəkəsindəki hesabında yazıb.
Bununla yanaşı, S.Dəmirtaş sözügedən telekanalın namizədlərə ayırdığı efir vaxtının da müqayisəli statistikasını açıqlayıb. Nəticələrə əsasən, TRT prezidentliyə namizədlərdən Rəcəb Tayyib Ərdoğana 14-20 iyul tarixində 8 saat 2 dəqiqə 5 saniyə, Əkmələddin İhsanoğluna 2 saat 53 dəqiqə 56 saniyə, Səlahəddin Dəmirtaşa isə 1 saat 24 dəqiqə 31 saniyə vaxt verdiyi görünür.
Xatırladaq ki, hazırda prezidentliyə namizədlərin canlı efir vasitəsi ilə təbliğat kampaniyası davam edir.
Tarix
2014.08.02 / 01:32
|
Müəllif
Nilufər Muğantürk
|