Yuxarı

“Əməliyyatlar üçün hər gün 6 milyon dollar xərcləyirik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində aparılan əməliyyatlar üçün hər gün təxminən 6 milyon dollar xərclədiklərini deyib.

Axar.az xəbər verir ki, Ukrayna Parlamentində məlumat verən Poroşenko "Ukrayna əməliyyatlar üçün hər gün 70 milyon grivin (təxminən 6 milyon dollar) xərcləyir", - deyə bildirib.

Qeyd edək ki, bir müddət öncə Maliyyə Nazirliyi əməliyyatlar üçün hər ay 128 milyon dollar xərclədiyini açıqlamışdı.

Onu da bildirək ki, dünən keçirilən iclasda büdcəyə dəyişiklik edildiyi və orduya əlavə 758 milyon dollar vəsait ayrıldığı bildirilib. Luqansk və Donetsk bölgələrinin infrastruktur işləri üçün isə 158 milyon dollar ayrılıb.

Əlavə olaraq vergi qanununda dəyişiklik edilərək hərbi əməliyyatlara görə, müvəqqəti olaraq maaşlardan 1,5 faiz tutulacaq. Bu kəsilmələrə görə, dövlət 241 milyon dollar gəlir əldə etməyi planlaşdırır.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, aprelin 26-dan indiyədək Ukraynada gedən hərbi əməliyyatlarda 1129 nəfər həlak olub, 3442 nəfər isə yaralanıb.

Tarix
2014.08.01 / 22:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla