Yuxarı

Tətilin çoxluğu şagirdi təhsildən ayırır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyanın heç bir ölkəsində təhsildə üç aylıq tətil yoxdur. Bu baxımdan da tədris müddətinin uzadılması ilə bağlı qərar düzgündür".

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib. Tədris müddətinin uzadılması ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabinetinə müraciət etməsinə münasibət bildirən ekspert bunun üstünlüklərindən danışıb:

"Tətil müddətinin çox olması şagirdi təhsildən ayırır və yeni dərs ili başlayarkən tədris prosesinə uyğunlaşmaq bir qədər vaxt aparır, onların dərs proqramını mənimsəməsi çətin olur. Bu baxımdan da tədris müddətinin uzadılmasını düzgün hesab edirəm".

Lakin N. Qulamoğlu tədris müddətinin məhz iyunun 15-nə qədər artırılmasının əleyhinə olduğunu da vurğulayıb:

"Bu sahədə kifayət qədər təcrübəsi olan bir şəxs kimi deyirəm ki, may ayının 15-dən sonra orta məktəblərdə dərslərin keçirilməsində problem yaranır. Çünki Azərbaycan isti ölkədir və dərs otaqları da lazımi avadanlıqlarla təchiz edilmədiyindən şagirdlər bu aylarda keçirilən dərslərə çox həvəssiz yanaşırlar. Ona görə də, dərs ilinin yenidən sentyabrın 1-də başlaması və may ayının sonunda bitməsi daha düzgün olardı".

Təhsilini davam etdirmək istəyən şagirdlər onsuz da bütün yay aylarında repetitor yanına gedirsə, tədris müddətinin 15-20 gün artırılmasına nə ehtiyac var? – sualına cavabında isə ekspert bildirib ki, təhsil yalnız ali məktəblərdə oxumaq istəyənlər üçün deyil və müddət artımı bütün şagirdlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, hələ bir müddət öncə Təhsil Nazirliyi 12 illik təhsilə keçid və tədris müddətinin uzadılması məsələsini gündəmə gətirmişdi. Tədris müddətinin uzadılmasının rəsmiləşdirilməsi üçün artıq Nazirlər Kabinetinə də müraciət edilib.

Tarix
2014.08.01 / 21:56
Müəllif
Elnur Məmmədov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla