Yuxarı

Şəhidlərimizin dəfnində rəsmilərdən kimlər oldu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə cəbhədə baş vermiş atışmada şəhid olmuş əsgərlərimizin dəfnində məmurlardan kimlərin iştirak etməsini araşdırdıq.

Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İntiqam Bağırov Axar.az-a bildirdi ki, əsgər Əli Rəhimovun dəfnində icra başçısının 1-ci müavini Nadir Abıyev başda olmaqla bütün kollektiv, rayonun bütün idarə və müəssisələrinin əməkdaşları, ziyalılar iştirak edib. İcra başçısı Rafil Hüseynov isə iyulun 27-dən məzuniyyətdədir və ölkə ərazisində deyil.

Xaçmaz Rayon İcra Hakimiyyətindən bu barədə dəqiq məlumata malik olmadıqları deyildi.

Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Rəşad Cəbrayılov isə bildirdi ki, hazırda o, şəhid Səftər Məmmədovun dəfn mərasimindədir. Şöbə müdiri icra başçısı Tahir Kərimovun məzuniyyətdə olduğunu və bu səbəbdən də dəfn mərasimində iştirak etmədiyini dedi:

"Amma birinci müavin Etibar Hüseynov başda olmaqla İcra Hakimiyyətinin bütün kollektivi, eyni zamanda, bütün dövlət strukturlarının əməkdaşları şəhid əsgərlə vida mərasimində iştirak edirlər".

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfi Qasımov şəhid Eldar Əhmədovun səhər saatlarında dəfn edildiyini, mərasimdə icra başçısı Raqub Məmmədov da daxil olmaqla bütün kollektivin iştirak etdiyini dedi.

Digər rayonların icra hakimiyyətləri ilə əlaqə yaratmaq mümkün olmadı. Telefonlar susdu.

Tarix
2014.08.01 / 18:37
Müəllif
Elnur Məmmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla