Yuxarı

Əsgərlərimizin şəhid olmasının şok təfərrüatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə cəbhə xəttində baş verən atışmada 11 əsgərimizin həlak olmasının təfərrüatı ilə bağlı məlumat yayılıb.

Axar.az-ın Ağdamdakı mənbələrdən əldə etdiyi məlumata görə, əsgərlərimizi düşmən snayperləri vurub.

Bildirilir ki, hərbçilərimizi əvvəlcə AKM (Avtomat Kalaşnikov) silahı ilə atəşə tutublar. Manevr etmək üçün yerlərini dəyişən Azərbaycan hərbiçilərinin sübh çağı bu yerdəyişməsini isə snayperlər izləyib və əsgərlərimiz şəhid olub.

Ağdam sakinlərinin sosial şəbəkədə yaydıqları məlumatda isə bildirilir ki, onlar artıq iki gün idi erməni tərəfdən hücum gözləyirdilər:

"Biz bu hücumu gözləyirdik. Bir neçə gün öncəki hücumda ermənilər ciddi itki vermişdilər. Ermənistan bəyan etdi ki, 2 əsgər itirib. Ancaq yalandır, onlar çoxlu itki verib. Ona görə də ermənilərin növbəti hücumu gözlənilirdi. Xüsusilə, avqustun 1-i hücum olacağı barədə cəbhə ərazisində yerləşən bütün sakinləri məlumatlandırmışdılar".

Ağdam sakinləri hücum gözlənildiyi halda bu qədər itkinin olmasını isə rus snayperləri ilə əlaqələndiriblər:

"Heç vaxt belə əməliyyat olmayıb ki, iri çaplı silahlardan atəşkəs pozulsun, kənd qranatamyotdan atəşə tutulsun və paralel olaraq snayperlər işləsin. Əsgərlərimizi şəhid edən rus snayperləridir. Onlar əvvəlcədən mövqe seçmişdilər".

Sonda isə Ağdamın Qapanlı kəndində, "Sərhəd bəyin qoruğu" adlı ərazidə hazırda da atışma getdiyi qeyd edilib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanda olan Rusiyaya məxsus 102-ci bazada kəşfiyyatçıların təlimi keçirilirdi. Təlimin mahiyyəti dağ alpinizmi ilə bağlı idi.

Qeyd edək ki, ermənilərin gecə hücumu nəticəsində Azərbaycan ordusunun 11 şəhid verdiyi, 5 əsgərimizin isə yaralandığı bildirilir.

Müdafiə Nazirliyinin bu dəqiqələrdə yaydığı açıqlamada isə 8 şəhid verdiyimiz əksini tapıb.

Məlumat üçün bildirək ki, media şəhid olan 9 əsgərimizin ad-soyadını artıq dərc edib.

Tarix
2014.08.01 / 17:01
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla